24 iyul 2026. Cümə

Premyer Liqada qalacağımıza inanıram


Premyer Liqada qalacağımıza inanıram
"Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 27-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Çempionatın sonu yaxınlaşdıqca həyəcan getdikcə artır. Bu matçlarda hər qazanılan xal elitada qalmağımıza çox kömək edəcək. Bizi nə qədər çətin oyun gözlədiyini bilirdik. Təəssüüf ki, futbolçular ilk hissədə verdiyimiz tapşırıqları yerinə yetirə bilmədilər. İkinci hissədə isə yaxşı oynadıq. Əsas məqsədimiz Premyer Liqada qalmaqdır. İnanıram ki, buna nail olacağıq. Hər oyuna köklənməliyik. Futbolçular da bunu dərk edir. Futboldur, tez qol buraxanda toparlanmaq çətin olur. 8 aya yaxındır buradayıq. Çox yaxşı işlər görmüşük. Yerli oyunçuların inkişafı göz qabağındadır. 4-5 futbolçumuz var ki, böyük klublardan təklif alıblar. Əsas məqsəd elitada qalmaq və komanda formalaşdırmaqdır. Yaxşı komanda formalaşdırmağı bacarmışıq. İnanıram ki, Premyer Liqada qalacağıq. Əli Səmədovun ilk hissədə əvəzlənməsi sırf zədə ilə bağlı idi. Əvəzetmədən sonra taktikanı dəyişdik və 2 hücumçu ilə oynamağa başladıq”.






Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
  • Misli Premyer liqa
  • 20:12 20.07.2026
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
 "Şamaxı" və "Kəpəz" sülhə imza atdı
  • Misli Premyer liqa
  • 19:34 20.07.2026
"Şamaxı" və "Kəpəz" sülhə imza atdı