18 mart 2026. Çərşənbə

Daha 3 komandaya texniki məğlubiyyət verildi


Daha 3 komandaya texniki məğlubiyyət verildi
AFFA İntizam Komitəsinin iclası keçirilib. Corner.az xəbər verir ki, müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
 
Region Liqasının “Şirvanovka” – “Difai” oyununda “Difai”nin futbolçusu Fərid Bədəlov qarşılaşmanın 90-cı dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb. “Difai”nin digər futbolçuları - Bayram Paşazadə və Anar Məmmədov qarşılaşma bitdikdən sonra hakimi təhqir etdiklərinə görə qırmızı vərəqə ilə cəzalandırıldıqlarına görə 4 oyun diskvalifikasiya olunublar.
 
Gənclər Liqasının “Neftçi” PFK – “Sabah” FK oyununda “Sabah”ın futbolçusu Emil Həbibov rəqibi təpiklə vuruduğuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılıb.
 
U-15 Liqasında keçirilməli olan “Atletiko Baku” – “Zaqatala”  qarşılaşması “Zaqatala” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün baş tutmadığına görə “Zaqatala”ya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-12 Liqasının “Sumqayıt City” - UGİM-2 (Sumqayıt) qarşılaşması UGİM-2 (Sumqayıt) komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün baş tutmadığına görə UGİM-2 (Sumqayıt) klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib. Eyni hal ikinci dəfədir təkrarlanır.
 
U-10 Liqasının UGİM (Tovuz) - “Qazax Gəncləri” qarşılaşması UGİM (Tovuz) komandasının heyətində yetərsay olmadığı üçün baş tutmadığına görə UGİM (Tovuz) klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib






Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi