9 avqust 2026. Bazar günü

Eddi İsrafilovdan yeni xəbər


Eddi İsrafilovdan yeni xəbər
Azərbaycan millisinin heyətində AVRO-2024-ün seçmə mərhələsində Avstriya (1:4) ilə keçirilən oyunda zədələnən “Neftçi”nin yarımmüdafiəçisi Eddi İsrafilovun durumuna aydınlıq gəlib. Corner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, futbolçu “ağ-qaralar”ın sağlamlıq sponsoru “Liv Bona Dea Hospital”da müayinədən keçib.
 
Paytaxt təmsilçisinin baş həkimi Şaiq Zöhrablı 31 yaşlı orta sahə oyunçusunun MRT-dən keçdiyini açıqlayıb. O bildirib ki, müayinədən sonra İsrafilovun sağ dizinin medial bağında birinci dərəcəli gərilmə aşkarlanıb. Artıq müalicəsinə başlanan oyunçunun təxminən iki həftə komandadan ayrı qalması gözlənilir.
 
Qeyd edək ki, “Neftçi” Premyer Liqada növbəti oyununu aprelin 1-də “Zirə”yə qarşı keçirəcək.






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı