8 may 2026. Cümə

Azərbaycan futbolunda ilk


Azərbaycan futbolunda ilk
Birinci Divizion klubu “Araz Naxçıvan” Azərbaycan futbol tarixinə düşüb. Corner.az xəbər verir ki, adıçəkilən komanda 1992-ci ildən keçirilən peşəkar səviyyəli turnirlərdə ilk dəfə 5 qol buraxmasına baxmayaraq, qələbə qazanıb.
 
Bu, 22-ci turda “Turan Tovuz”un əvəzedici komandası ilə səfər görüşünə təsadüf edib. Həmin matçda naxçıvanlılar 6:5 hesablı qələbə qazanıblar. İndiyə qədər isə nə Premyer Liqada, nə I Divizionda, nə ölkə kubokunda, nə də Superkubokunda belə nəticə olub.
 
Bu, həm də hər iki komandanın minimum 5 qol vurduğu 6-cı qarşılaşma kimi Azərbaycan futbolu tarixinə düşüb. Buna qədər Premyer Liqada 1, I Divizionda isə 4 dəfə hər iki komanda qarşılıqlı məhsuldarlıq göstərib. Elitadakı oyun 6:6, aşağı liqadakı matçlar isə 5:5 hesabı ilə yekunlaşıb.

1998/99. “Viləş” – “Turan” – 6:6
2007/08. “Abşeron” – “ANŞAD-Petrol” - 5:5
2013/14. “Karvan” – MOİK - 5:5
2015/16. “Zaqatala” – “Şərurspor” - 5:5
2018/19. “Səbail-2” – “Sumqayıt-2” – 5:5
 
Tovuz şəhər stadionundakı oyunda həmçinin mövsümün rekordu qırılıb. Buna qədər ən məhsuldar qarşılaşma ötən il sentyabrın 14-də keçirilən “Zaqatala” – “Səbail-2” olmuşdu – 5:4.
 
Bundan başqa, “Turan Tovuz-2” – “Araz Naxçıvan” oyunu Peşəkar Futbol Liqasının tarixində ən məhsuldar 3-cü matçdı. 2008-ci ildən Premyer Liqa, I Divizion, ölkə kuboku və Superkubokunu təşkil edən PFL-in bayrağı altında yalnız 2 dəfə daha çox qol vurulub. Hər iki oyun da I Divizionda olub.
2016/17. “Səbail” – “Bakılı” – 11:3
2015/16. “Energetik” – “Neftçala” – 0:12






Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi