23 oktyabr 2024. Çərşənbə

Rəqib meydanda daha aqressiv və istəkli idi


Rəqib meydanda daha aqressiv və istəkli idi
"Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, doğma meydanda 2:3 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Matça başqa cür hazırlaşmışdıq. Üzücü məğlubiyyət oldu. Milliyə gedən futbolçularımız var idi. Üstəlik, zədələrdən əziyyət çəkirdik. Bu gün heyətdəki itkilərə Piruzi Marakvelidze də əlavə olundu. Bütün bunlar planlarımızı pozdu. Rəqib meydanda daha aqressiv və istəkli idi. Amma biz qollarımızı vurmuşduq. Daha diqqətli olmalıydıq. Təəssüf ki, ikinci hissədəki penalti və digər səhv oyunu 180 dərəcə dəyişdi. Bundan sonra əvəzetmələr etsək də, rəqib yaxşı müdafiə olundu. Gözləmədiyimiz hadisələr oldu. Rəqib fərqli sistemlə oynadı. Hər şey sırf bununla bağlı idi.
 
Çempionatda həlledici dönəmdi. Hər kəs xal qazanmaq istəyir. Bizim də yer aldığımız aşağı pillələrdə gərgin mübarizə gedir. Növbəti oyuna hazırlaşmalıyıq. Milli komandaların oyunları ilə bağlı yaranmış fasilə "Turan Tovuz"a mənfi təsir etdi. Bəzi futbolçularımız tonusda olmadı, bəziləri yığmada zədələndi. Məsələn, Veysəl Rzayev zədəli olmasaydı, Piruzinun yerinə onu buraxmaq olardı.
 
Komandada arxayınlıq olduğuna inanmıram. Çünki hələ Premyer Liqada yerimizi təmin etməmişik. Riyazi hesablamalara görə, hər şey ola, aşağıdakı rəqiblər bizə çata bilərlər. Düzdür, bu, elə də inandırıcı görünmür. Amma elitadakı yerimizi təmin edəndən sonra baxımlı oyun göstərməyəcəyik deyə bir şey yoxdur”.






Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir