8 may 2026. Cümə

Sabah'la Qəbələ'nin 23-cü dueli


Sabah'la Qəbələ'nin 23-cü dueli
“Qəbələ” Premyer Liqanın 28-ci turunda “Sabah”la qarşılaşacaq. Corner.az xəbər verir ki, aprelin 2-də Bakıda təşkil olunacaq görüş iki komanda arasında 23-cü matç olacaq.
 
Bunadək rəqiblər ümumilikdə 22 dəfə görüşüb. Əvvəlki oyunlarda “Qəbələ” 9 dəfə qalib gəlib, 3 dəfə heç-heçə eib və 10 dəfə uduzub. Rəqib qapısına 24 qol vuran “Qəbələ” futbolçuları 30 top buraxıblar. Ülvi İsgəndərov, Davit Volkov, Klesio Bauk və Nikolas Raysel bu matçlarda daha çox - hərəyə 3 qol vurublar.
 
İndiyədək keçirilən 22 matçdan 18-i çempionat, 4-ü kubok çərçivəsində baş tutub. Premyer Liqada 5 qələbə və 3 heç-heçəsi olan “Qəbələ” 10 qarşılaşmadan xalsız ayrılıb. Top fərqi bakılıların xeyrinədir – 16-28.
 
“Qəbələ” səfərdəki 11 görüşdə 5 dəfə qaib gəlib. Digər 6 matçda meydan sahibləri qələbə qazanıb. Bu oyunlarda top fərqində paytaxt klubu öndədir – 15-11.
 
Xatırladaq ki, aprelin 2-də Bakıdakı “Bank Respublika Arena”da keçiriləcək “Sabah” - “Qəbələ” oyununa saat 18:00-da start veriləcək.






Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi