23 oktyabr 2024. Çərşənbə

Şahin Diniyev: Burada futbol oynamaq olmaz


Şahin Diniyev: Burada futbol oynamaq olmaz

"Bizim üçün axşam o qədər də xeyirli olmayacaq. Amma həyat davam edir”.

Corner.az xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqsının XXVIII turunda “Kəpəz”ə 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.

Diniyev 6 xala bərabər matç olduğunu bildirib: “Buna görə də, ən azı uduzmamalı idik. Futbolçular ikinci hissədə dayandılar. Belə meydanda oynamaq da çətindi. Son dəqiqələrdə üç hücumçu ilə çıxış etdik. Hələ heç nə bitməyib. Premyer Liqada qalmaq üçün “Şamaxı” ilə vuruşmalıyıq. Qarşıda hələ 8 oyun qalıb. Futbolçular uduzmaqdan qorxur. Qorxursansa, bu, başına gələcək. Ən böyük problemimiz psixologiya ilə bağlıdı. “Səbail” oyununa görə Premyer Liqada qalmağa layiqdi. Yolumuza davam edəcəyik”.

O, qol şanslarını dəyərləndirə bilməmələrini belə əsaslandırıb: “Ustalıq səviyyəsi çatışmır. İki metrdən qol vura bilmiriksə, bunun psixoloji durumla əlaqəsi yoxdu. Birdən-birə nəyisə dəyişmək olmur. Əvvəldən xalımız çox olsaydı, indi daha rahat idik. Reallıqla barışıb mübarizə aparacağıq. Xəyallarla yaşasaq, çox şey qura bilərik. Reallıqla barışmaq lazımdı”.

57 yaşlı çalışdırıcı Gəncədə yüksək səviyyədə qarşılandıqlarını söyləyib: “Gəncə azarkeşləri savadlı, futbolu biləndi. Yaxşı qarşıladılar, sağ olsunlar. Bu şəhərdə futbol oynamışam, məşqçilik etmişəm. “Səbail”lə qarşılaşmadan sonra “Kəpəz”dən ayrılmışdım. Bir neçə ildən sonra məhz “Səbail”lə Gəncəyə gəldim. Bu da bir təsadüfdü”.

Baş məşqçi Gəncə şəhər stadionunun ot örtüyündən şikayətlənib: “Burada oynamaq olmaz. Futbolçuların ayağı yerə batırdı, hərəkət etmək olmurdu. İkinci hissədə futbolçularım dayandılar. Çünki qaça bilmirdilər. Meydança çox pis vəziyyətdədi. Futbolçuları qorumaq üçün burada oynamaq olmaz”.







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir