23 oktyabr 2024. Çərşənbə

Tərlan Əhmədov: Neftçi əvvəlki səviyyəsinə qayıtmadıqca, millidən danışmaq mənasızdır


Tərlan Əhmədov: Neftçi əvvəlki səviyyəsinə qayıtmadıqca, millidən danışmaq mənasızdır

"Rəqibə oynamağa imkan verməməyə çalışdıq. Onları təzyiqdə saxladıq”.

Corner.az xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Misli Premyer Liqasının 28-ci turunda “Səbail”ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis vacib 3 xal qazandıqlarını bildirib: “9 xallıq oyun oldu. Bu, bizə böyük motivasiyadı. Uğurlu çıxışın davamını gətirmək istəyirdik. Bu gün ən çox nəticə üçün çalışdıq. Gözəl mübarizəyə görə futbolçularıma təşəkkür edirəm”.

Əhmədov da həmkarı Şahin Diniyev kimi, ot örtüyünün durumundan narazı qalıb: “Oyun keyfiyyəti bir az aşağı idi. Ancaq peşəkarlar üçün problem olmamalıdır. Meydançanın bu vəziyyətdə olması bizim üçün də üzücüdü. Ot örtüyü yaxşı olsa, oyunlarımız da daha keyfiyyətli alınar”.

Baş məşqçi növbəti mövsüm üçün maaş büdcəsinin artırılmasının vacib olduğunu düşünür: “Hələ ki, heç kimlə danışıq olmayıb. Premyer Liqada qalmağımız dəqiqləşəndən sonra futbolçularla danışıqlar başlanacaq. Büdcə də bəlli olmalıdı. Builki əməkhaqqı ilə heç bir futbolçu yeni müqavilə imzalamaz. Sponsor, maliyyə məsələləri həll olunandan sonra bu barədə danışmaq olar”.

O, klubda maliyyə problemi yaşandığını etiraf edib: “Bəli, 2 ayın maaşını almamışıq. Gözləntimiz var. İdarə heyətinin rəhbəri futbolçularla danışır. Bu həftəyə məsələ öz həllini tapmalıdı. Bir dəfə futbolçular məşqə çıxmaqdan imtina etmişdi. Bunu yoluna qoyduq. Bizim işimiz insanlara sevinc bəxş etməkdi. Uşaqlara deyirəm ki, oynayarkən evdə sizi həyəcanla izləyən yaxınlarınızı fikirləşin. Onların sevinci milyona dəyər. Gecikmə ola bilər. Bizdə əsas heyətdə oynayanlar yüz faiz mükafat alır. Ehtiyatdan girənlər 75 faiz, oynamayanlar isə 50 faiz. Futbol kollektiv oyundu”.

Baş məşqçi “Kəpəz”in I Diviziona düşməsi təqdirində də komandada qalacağını vurğulayıb: “AZAL-da olarkən 1,8 milyonluq büdcəni 155 minə endirdilər. Ancaq komandanı tərk etmdim. Bu gün də eyni cür davranaram”.

Tərlan Əhmədov Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Avstriya (1:4) və İsveçlə (0:5) keçirdiyi oyunları da dəyərləndirib: “Üzücü məsələdi. Bizim zamanımızda şərait belə deyildi. 50 dollar maaş alırdıq. Bizim təlim-məşq toplanışımz olmurdu. Amma bu gün şərait fərqlidi. Məni üzən başqa məsələdi. Əcnəbi fubolçuların milliləşdirilməsi məni çox məyus edir. Akademiyalarımıza diqqət göstərməliyik. Mənim illər əvvəl dediyim fikirləri indi digər məşqçilər deyirlər. Akademiyalara kənardan kurator gətirmək lazım deyil. Həmin kuratorlara milyonlar xərclənir. O pulun yarısına başqa ölkələrlə əməkdaşlıq etmək olardı. Heç bir klubda savadlı məşqçilər yoxdu. Bu gün nə “Neftçi”də, nə “Qarabağ”da milli səviyyəsində oyunçu yetişir. Millimiz legionerlərlə oyuna çıxıb məğlub olur. Elə onların əvəzinə öz gənclərimizə şans vermək yaxşıdı. Minimum 8 illik proqramla futbolumuzu inkişaf etdirə bilərik. Nazirliklə AFFA-nın əməkdaşlığı olmalıdı. Son 5 görüşdə qalib gəldikdə hamımız sevinmişdik. Amma o yığmalarla indiki rəqiblərimizin səviyyəsi eyni deyil. Məşqçilər bunu fikirləşməliydilər. İki oyunda 9 top buraxmaq hamımız üçün üzücüdü”.

O, yarımmüdafiəçiləri Fərid Nəbiyevin milliyə dəvət alacağını gözləyirmiş: “Açığı, Fərid Nəbiyevin dəvət olunacağını gözləyirdim. O, “Kəpəz”in lider futbolçularından biridi. Bizdən aşağıda olan klublardan futbolçulara dəvət göndərilirsə, Fərid də çağırılmalı idi. O özü də üzüntü yaşadı. Zədəli futbolçuları milliyə çağırıb ehtiyatda saxlamaqdansa, Fərid kimi uşaqları dəvət etmək daha yaxşıdı”.

Çalışdırıcı millinin inkişaf yolunu “Neftçi” ilə əlaqələndirib: “İllər əvvəl demişdim ki, klublar yüksək səviyyəyə qalxandan sonra milliyə əcnəbi məşqçi gətirmək olar. Öncə klubların səviyyəsini qaldırmalıyıq. Həmişə demişəm, “Neftçi” əvvəlki səviyyəsinə qayıdıb söz sahibi olmadıqca millidən danışmaq mənasızdı”.







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir