24 iyul 2026. Cümə

Kəpəz'dən qələbə, Zirə'dən heç-heçə


Kəpəz'dən qələbə, Zirə'dən heç-heçə

Misli Premyer Liqasında XXVIII turun oyunları keçirilir. Corner.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

Əvvəlcə “Kəpəz” doğma meydanda “Səbail”lə qarşılaşıb. Görüşün taleyini 1 qol həll edib. Abdullahi Şuaybu sona yaxın fərqlənərək, Gəncə təmsilçisinə qələbə qazandırıb. Bununla "Kəpəz" xallarının sayını 25-ə çatdıraraq, 7-ci pilləyə yüksəlib. "Səbail" isə 18 xalla sonuncu yerdə qalıb.

Günün digər oyunu isə “Zirə” doğma meydanda “Neftçi” ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşmada hesabı qonaqlar açıblar. Amma fasilədən sonra meydan sahibləri məğlubiyyətdən xilas olmağı bacarıblar. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Xatırladaq ki, ilk oyun günündə “Turan Tovuz” evdə “Sumqayıt”a 2:3 hesabıyla uduzub. Tura sabah keçiriləcək “Şamaxı” - “Qarabağ” və “Sabah” - “Qəbələ” oyunları ilə yekun vurulacaq.

Misli Premyer Liqası
XXVIII tur
1 aprel

“Kəpəz” – “Səbail” 1:0
Qol: Abdullahi Şuaybu,  69
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Şirmamed Mamedov, Kamal Umudlu.
Gəncə şəhər stadionu, 15:30.

“Zirə” – “Neftçi” 1:1
Qol: 
Kenni Sayef, 70-öz qapısına - Kilan Lebon, 12
Hakimlər: Nicat İsmayıllı, Kamran Bayramov, Cəmil Quliyev, Emin Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 19:30.







Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
  • Misli Premyer liqa
  • 20:12 20.07.2026
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
 "Şamaxı" və "Kəpəz" sülhə imza atdı
  • Misli Premyer liqa
  • 19:34 20.07.2026
"Şamaxı" və "Kəpəz" sülhə imza atdı