24 iyul 2026. Cümə

Millinin problemi bu deyil - Regekampf


Millinin problemi bu deyil - Regekampf
"Komandamın pis oynadığını düşünmürəm. Fasilə dönəmində millinin oyunçuları bizimlə deyildilər. Eyni zamanda, iki mərkəz yarımmüdafiəçimiz Eddi İsrafilov və Ataa Caber də komandadan ayrıdırlar”.

Corner.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Premyer Liqanın XXVIII turunda “Zirə” ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra deyib.

Rumıniyalı mütəxəssis mətbuat konfransında komandasının çıxışını dəyərləndirib: “Yaxşı qol imkanlarımız oldu. Hücumu dəqiq bitirmə məsələsində daha konsentrasiyalı olmalı və daha çox qollar vurmalıyıq. Çünki epizodları dəyərləndirmədikdən sonra rəqibdən belə qollar gələ və görüş belə yekunlaşmış olur. Bizi qarşıda çətin oyunlar gözləyir. Bizim üçün çox vacib matçlar olacaq. Bütün oyunçuları bərpa etməyə çalışmalıyıq. Fikrimcə, komandamız yaxşı futbol oynayır”.

48 yaşlı çalışdırıcı bildirib ki, Eddi İsrafilov mövsümün son matçlarında komandaya kömək edə biləcək: “Həmçinin kubok görüşlərində də bizimlə birgə olacaq. Mövsümün sonunda Eddi kiçik əməliyyat keçirə bilər. Fiziki hazırlıq üzrə məşqçi ilə çalışmalara başlayıb. Tezliklə komandaya qayıdacağına ümid edirəm”.

O, millinin məşqçisi Arif Əsədovun milli üzvlərinin klublarda fiziki cəhətdən hazırlıqlı olmamaları ilə bağlı fikrinə münasibət bildirib: “Oyunçularımız yaxşı formadadırlar. Millinin heyətində “Neftçi” və “Qarabağ” və 1-2 nəfər də “Sabah”dan futbolçular var. Bu məsafədən məşqçi ilə heç bir dialoq aparmaq istəmirəm. Məncə, millinin problemi bu deyil. Əminliklə deyə bilərəm ki, adlarını qeyd etdiyim klublardan milliyə gedən futbolçuların hər biri hazır formadadırlar. Məşqçilər onları yığmaya hazırlıqlı göndərirlər”.






Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
  • Misli Premyer liqa
  • 20:12 20.07.2026
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
 "Şamaxı" və "Kəpəz" sülhə imza atdı
  • Misli Premyer liqa
  • 19:34 20.07.2026
"Şamaxı" və "Kəpəz" sülhə imza atdı