23 oktyabr 2024. Çərşənbə

Bunlar xırda söhbətlərdi, atmacalardı, bəhanələrdi


Bunlar xırda söhbətlərdi, atmacalardı, bəhanələrdi
"Çox hərəkətli, dinamik oyun oldu. Çoxlu qol epizodları var idi”. Corner.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın XXVIII turunda “Neftçi” ilə bərabərə qaldıqları (1:1) oyunla bağlı danışarkən deyib.

41 yaşlı mütəxəssis qazanılan 1 xalın da pis nəticə sayılmadığını bildirib: “Hər iki komanda qolu standart vəziyyətdən sonra vurdu. Oyunun gedişatına daha gözəl qollar yaraşırdı. Qələbəyə köklənmişdik, başa düşürdük ki, “Neftçi” üzərində qələbə bizə üstünlük qazandıra bilər. Son matçlarda “Neftçi”yə məğlub olsaq da, oyun planında onlardan geri qalmırdıq. Turnir cədvəlində 4-cü yer uğrunda mübarizədə xal fərqi azalıb. 1 xal da bizim üçün pis nəticə sayılmır”.

Çalışdırıcı oyun planından yox, nəticə baxımından problem yaşadıqlarını da əlavə edib: “Halbuki onlara qarşı oyunlarımız pis alınmayıb. Qış fasiləsindən sonra evdə “Qəbələ” önündə qələbəyə yaxın idi, “Sabah”a uduzduğumuz son görüşü pis keçirmədik. Rəqib iki olmayan vəziyyətdən qol vurdu. “Qarabağ”la evdəki matçı çox yaxşı keçirdik, sonda avtoqolla uduzduq. “Neftçi”yə səfərdə 0:1 məğlub olanda qələbəyə çox yaxın idik. Oyun planında yox, nəticə baxımından problem yaşadıq. Bu gün 70-ci dəqiqədə, bəlkə də, hesab 4:1 ola bilərdi. Amma ələ düşən fürsətlərdən istifadə edə bilmədik. Brkiçin də ustalığını qeyd etmək lazımdı. O, xüsusən də, bizimlə matçlarda böyük ustalıq göstərir. Həm çempionatda, həm də kubokda həlledici seyvləri olub. Hesablasaq, 10-12 seyvini sayarıq. Bunların hamısını normal qarşılayıram. Bu gün də oyunumuzdan çox razı qaldım. Nədənsə, bu mövsüm əksər futbolçular debüt qollarını bizimlə görüşdə vururlar. İllərlə qol vurmayanlar bizimlə matçda fərqlənir. Stankoviç, Qomes kimi adları qeyd edə bilərəm. Bu gün də Lebon fantastik qol vurdu. Hər dəfə özümə söz verirəm ki, danışmayacağam. Amma mövzu açılır, danışırıq. Səbr etməliyik”.

Sadıqov millinin məşqçisi Arif Əsədovun futbolçuların fiziki hazırlığından narazı qalmasına da münasibət bildirib: “Futbolçularımın fiziki durumundan razıyam. Ümumiyyətlə, millidə fiziki cəhətdən hansısa sıxıntı görünmür. Bu məsələlər 96-97-ci illərdə qaldı. 60-70 dəqiqə gücümüz çatma məsələsi bitib. “Qarabağ” bütün Avropanı 90 dəqiqə fiziki cəhətdən üstələyir. Bu söhbətlər qurtardı. Keçmişdən qalan xırda söhbətlərdi, atmacalardı, bəhanələrdir. Buraxılan qolların fiziki hazırlıqla nə əlaqəsi var. Bəli, rəqiblər həmişə bizi üstələyib. Amma ilk hissələrdə komandamız rəqibləri açıq-aşkar üstələyirdi, istər dinamikada, istər sürətdə. İkinci hissədə bu tip rəqiblər həmişə təzyiqi artırır. Ardıcıl qələbə seriyası olanda heç kim demirdi ki, bunda klubların da əməyi var. Arif müəllim də savadlı, futbolu bilən adamdır”.

Mütəxəssis yığmanın çox yaxşı heyətə malik olduğu qənaətindədir: “Milli uduzandan sonra heç vaxt geniş şərh verməmişəm. Heyət baxımından son illərin beynəlxalq arenada oynamaq üçün ən optimal heyətidir. İtkilərimiz olduqda qapıçı və stopper zonasında müəyyən problemlər yaşayırıq. Əslində, qapıçılarımız da yaxşıdır. Sadəcə, beynəlxalq arenada təcrübələri yoxdur. Qapıçı ustalığı baxımından da problem yaşamırıq. Sadəcə, o oyunların gərginliyi, stressi bəs edir”.






Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir