9 avqust 2026. Bazar günü

Qarabağ'la Sabah'dan çətin qələbə


Qarabağ'la Sabah'dan çətin qələbə

Bu gün Misli Premyer Liqasında 28-ci tura yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə lider “Qarabağ” səfərdə “Şamaxı”nın qonağı olub. Ağdam təmsilçisi bu oyundan minimal hesablı qələbə ilə ayrılıb.

Turun son matçında isə “Sabah” doğma meydanda “Qəbələ”ni qəbul edib. Beş qolun qeydə alındığı matç meydan sahibləri çətin qələbə qazanıb.

Xatırladaq ki, daha öncə “Turan Tovuz” evdə “Sumqayıt”a 2:3 hesabıyla uduzub, “Kəpəz” “Səbail”ə 1:0 hesabıyla qalib gəlib. “Zirə” – “Neftçi” matçında isə qalib müəyyənləşməyib – 1:1.

Misli Premyer Liqası
XXVIII tur
2 aprel

“Şamaxı” – “Qarabağ” 0:1
Qol: E.Cəfərquliyev, 33.
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov.
Şamaxı şəhər stadionu, 15:30.

“Sabah” – “Qəbələ” 3:2
Qollar: İlkin Qırtımov, 9-öz qapısına. Coy Lens Mikels, 86. Aleksey Kaşuk, 90+5 – Ülvi İsgəndərov, 21. Feras Abu Akal, 27.
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Teymur Teymurov, İnqilab Məmmədov.
“Bank Respublika Arena”, 18:00.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı