18 mart 2026. Çərşənbə

Sabah – 19-cu komanda


Sabah – 19-cu komanda
Misli Premyer Liqasında “Qarabağ”dan sonra daha bir mükafatçı müəyyənləşib. Corner.az xəbər verir ki, 28-ci turda “Sabah”ın mövsümü ilk “üçlük”də bitirəcəyi dəqiqləşib.
 
“Qəbələ” üzərində 3:2 hesablı qələbə qazanan Murad Musayevin yetirmələri tarixində ilk medalı təmin edib. Paytaxt təmsilçisi ölkə çempionatları tarixində mükafatçılar sırasına düşən 19-cu komanda olub. 1992-ci ildən təşkil olunan yarışda indiyə qədər 18 komanda mükafata layiq görülmüşdü.
 
“Neftçi” bu sayda hamını qabaqlayır. “Ağ-qaralar” 20 dəfə medal qazanıb. “Qarabağ” isə bu mövsüm 17-ci medalı qazanacağını dəqiqləşdirib. “Şamaxı” 9, “Kəpəz” 6, “Bakı”, “Şəmkir”, “Qəbələ” 5, “Xəzər Lənkəran”, “Turan” 4, Sumqayıt “Xəzər”i, “Xəzri”, “Karvan”, “Zirə” 2, “Şüvəlan”, “Simurq”, “Viləş”, “Səbail” və “Sumqayıt” isə 1 dəfə mükafatçılar sırasında olub.






Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi