11 aprel 2026. Şənbə

Yenidən Azərbaycanda oynamaq istəyərəm - Ramos


Yenidən Azərbaycanda oynamaq istəyərəm - Ramos

Mövsümün sonunda "Sabah"dan ayrılan Erik Ramos karyerasını ölkəmizdə davam etdirmək istəyir.

Corner.az xəbər verir ki, bu barədə paraqvaylı futbolçu özü məlumat verib. Azərbaycanda oynamaq istəməməsi ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edən 32 yaşlı futbolçu ölkəmizdə özünü xoşbəxt hiss etdiyini deyib:


"Azərbaycan mediasında mənim orada oynamaq istəmədiyimi yazıblar. Halbuki bu, həqiqətə uyğun deyil. Mən elə söz deməmişəm. Açığı, haqqında olmayan şeylərin yazılması adama pis təsir edir. Hazırda azad futbolçuyam və yeni klub axtarıram. Yenidən ölkənizə qayıtmaq istərdim. Çünki orada özümü çox xoşbəxt hiss edirəm".

Ramos "Sabah"dan gedişinin səbəbini də açıqlayıb: "Sabah"la yeni müqavilə barəsində bütün detalları razılaşdırmışdıq. Ancaq daha sonra dedilər ki, səninlə yola davam etmək istəmirik. Nəticədə yollarımızı ayırdıq. Səbəbini özüm də bilmədim".

Qeyd edək ki, Ramos geridə qalan mövsümün əvvəlindən "Sabah"da çıxış edirdi.(qol)







Misli Premyer liqa

"Kəpəz" autsayderlə bacarmadı
  • Misli Premyer liqa
  • 17:38 10.04.2026
"Kəpəz" autsayderlə bacarmadı
AFFA “Turan Tovuz”u ağır cərimələyib
  • Misli Premyer liqa
  • 14:36 09.04.2026
AFFA “Turan Tovuz”u ağır cərimələyib
Son 4 mövsümün ən böyük hesabı
  • Misli Premyer liqa
  • 11:40 08.04.2026
Son 4 mövsümün ən böyük hesabı
XXI əsrin ən məhsuldar seriyası
  • Misli Premyer liqa
  • 11:13 08.04.2026
XXI əsrin ən məhsuldar seriyası
Amerikalıların 10-cu het-triki  - 35-ci legioner
  • Misli Premyer liqa
  • 11:04 08.04.2026
Amerikalıların 10-cu het-triki - 35-ci legioner
Felipedən 25-ci qol
  • Misli Premyer liqa
  • 10:57 08.04.2026
Felipedən 25-ci qol