23 iyun 2026. Çərşənbə axşamı

Bu hakimliklə qalib gəlmək şansımız yox idi


Bu hakimliklə qalib gəlmək şansımız yox idi
"Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 1:2 hesablı məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Meydanda gərgin mübarizə var idi. İkili mübarizələrdə rəqibə uduzduq. Üçüncü zonada problem yaşayırdıq. 10 nəfərlə qaldıqdan sonra xarakter göstərdik və hesabı bərabərləşdirdik. Çox yaxşı qol şansımız da var idi. Amma istifadə edə bilmədik. Oyunun sonunda konsentrasiyanı itirdik. Rəqib də bundan faydalandı. Bizim üçün çox vacib olan xallar itirdik.
 
Hakim ilk 15 dəqiqədə bizim müdafiəçilərimizə sarı vərəqə göstərirsə, deməli, niyyəti fərqlidir. Bu hakim bizim bir oyunçumuza "Qarabağ"la matçdan öncə heç nədən qırmızı vərəqə göstərmişdi. Bu gün Qoba Zakpa qaydanı pozmuşdu, amma bizim futbolçuya qırmızı vərəqə verdi. Bu hakimliklə qələbə qazanmaq şansımız yox idi”.






Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı