10 aprel 2026. Cümə

Son tura qədər vuruşmalıyıq


Son tura qədər vuruşmalıyıq
"Səbail"in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 29-cu turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Çox gərgin oyun idi. Matç yüksək tempdə keçdi. Hər iki komandanın qarşılıqlı hücumlarını izlədik. "Sabah" yüksək səviyyəli futbol oynayan komandalardan biridir. Onların sisteminə qarşı oynamaq çox çətindir. Bu gün komandam 90 dəqiqəni yüksək səviyyədə keçirdi. Sevinirəm ki, "Sabah" kimi rəqibi udmuşuq. Arxayınlaşmaq olmaz. Bu 3 xal bizə hava və su kimi lazım idi. Bu gün hücumçusuz oynayırdıq. Futbolçular taktiki cəhətdən savadlı oynadılar. Bir oyunla hər şey bitmir. Son tura qədər vuruşmalıyıq. 
 
Komanda saman çöpündən asılı vəziyyətdə toparlana bilirsə, bu, xarakterdir. Bu oyunun 60 faizini digər rəqiblərlə matçlarda göstərə bilsəydik, rahat qələbələr qazana bilərdik. Mənim kimi təcrübəli bir insan bu vəziyyətdə sıxılır. Futbolçular necə sıxılmasınlar? Bir qol vururuq, sonra penalti edirik. Bu gün qapımıza 10-cu penalti təyin olundu. Hər şey komandanı sıxır. Futbolçuları psixoloji təzyiqdən çıxarmaq çox çətindir. Onları başa düşürəm. Bu gün rəqib imkan vermirdi, amma biz oynayırdıq. Bəlkə də belə güclü rəqiblər lazımdır ki, irəli atılaq”.






Misli Premyer liqa

AFFA “Turan Tovuz”u ağır cərimələyib
  • Misli Premyer liqa
  • 14:36 09.04.2026
AFFA “Turan Tovuz”u ağır cərimələyib
Son 4 mövsümün ən böyük hesabı
  • Misli Premyer liqa
  • 11:40 08.04.2026
Son 4 mövsümün ən böyük hesabı
XXI əsrin ən məhsuldar seriyası
  • Misli Premyer liqa
  • 11:13 08.04.2026
XXI əsrin ən məhsuldar seriyası
Amerikalıların 10-cu het-triki  - 35-ci legioner
  • Misli Premyer liqa
  • 11:04 08.04.2026
Amerikalıların 10-cu het-triki - 35-ci legioner
Felipedən 25-ci qol
  • Misli Premyer liqa
  • 10:57 08.04.2026
Felipedən 25-ci qol
“Turan Tovuz” səfərdə xal itirdi
  • Misli Premyer liqa
  • 17:26 07.04.2026
“Turan Tovuz” səfərdə xal itirdi