24 iyul 2026. Cümə

Bütün oyunlar finala bərabər olacaq


Bütün oyunlar finala bərabər olacaq
"Hər iki komanda 4-5 turdur ki, qələbəyə həsrətdir. Mübarizəli oyun alınacağını bilirdik”.
 
Corner.az xəbər verir ki, bunu “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın XXIX turunda “Turan Tovuz”la 1:1 hesablı heç-heçə etdikləri oyunla bağlı danışarkən deyib.
 
39 yaşlı mütəxəssis gərgin görüş alındığını bildirib: “Sırf rəqibə görə hazırlaşmışdıq. Çünki “Turan Tovuz” evdə yaxşı müdafiə oluna bilir. Futbolçular bütün tapşırıqları yerinə yetirdilər və layiqli xalımızı qazandıq. Bundan sonrakı bütün matçlar bizim üçün final oyununa bərabər olacaq. Ard-arda ağır görüşlər olacaq, stress var. Mövsümün sonuna yaxın aşağı pillələrdə qərarlaşmaq çətindir”.
 
- Bura 1 xal üçün gəlmişdiniz?
- Bizim üçün 1 xal da kifayət edir. Amma rəqibin kimliyindən asılı olmayaraq, bütün görüşlərə qələbə qazanmaq üçün çıxırıq. Çünki hər xal klubun taleyini həll edir. Düşünürəm ki, heç-heçə ədalətli idi.

- “Səbail”in dünən “Sabah” üzərində qələbəsi komandanıza köklənməkdə nə dərəcədə kömək oldu?
- Nə “Səbail”in, nə də aşağı pillələrdə olan digər komandalara fikir veririk. Sırf öz matçımıza köklənirik. Özümüz qələbə qazanmaq istəyirik. Onların uğursuzluğuna köklənsək, özümüz uğursuzluğa düçar olarıq. Digər komandaların nəticələrinə fikir verdikdə kollektivdə stress yaranır, ab-hava korlanır.

- Növbəti turda “Sumqayıt”ı qəbul edəcəksiniz. Doğma arenadakı matçda nəyə ümid edirsiniz?
- Evdə oynayacağıq və doğma azarkeşlərimiz önündəki qarşılaşmalarda qələbə qazanmağa çalışacağıq. Məşqçilərin işi çox çətindir. Oyundan sonra həm özümüzü, həm də qarşıdakı rəqibi təhlil eləməliyik. Vaxt isə azdır. Sevinirik ki, futbolçularımız oyundan-oyuna özlərini daha yaxşı tərəfdən göstərirlər.

- “Sumqayıt”la matçın ardından “Kəpəz”lə evdə qarşılaşacaqsınız. Düşünmürsünüz ki, taleyiniz məhz bu iki görüşdən asılıdır?
- Bütün oyunlara eyni formada hazırlaşırıq. Həqiqətən də, çox vacib görüşlər olacaq.






Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
  • Misli Premyer liqa
  • 20:12 20.07.2026
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
 "Şamaxı" və "Kəpəz" sülhə imza atdı
  • Misli Premyer liqa
  • 19:34 20.07.2026
"Şamaxı" və "Kəpəz" sülhə imza atdı