6 avqust 2026. Cümə axşamı

Adeniyidən "Qəbələ" açıqlaması - Gedir, yoxsa qalır?


Adeniyidən "Qəbələ" açıqlaması - Gedir, yoxsa qalır?
Ceyms Adeniyinin "Qəbələ"də qalıb-qalmayacağı hələ bilinmir.

Corner.az xəbər verir ki, bu barədə nigeriyalı hücumçu özü məlumat verib. Əyalət klubu ilə müqaviləsinin olduğunu xatırladan futbolçu gələcəyi ilə bağlı yekun qərarını vermədiyini bildirib: "Yeni mövsümdə harada olacağımı bilmirəm. "Qəbələ" ilə müqaviləm var. Ancaq başqa təkliflərim olsa, bunu klubla müzakirə edəcəyəm. Təklif alıb-almadığım barədə sizə heç bir söz deyə bilmərəm. Bu suala ancaq klubun meneceri cavab verə bilər".

Bir müddət öncə qaraciyərində problem aşkarlanan afrikalı hücumçu səhhətilə bağlı da danışıb. O, hər şeyin qaydasında olduğunu və artıq özünü yaxşı hiss etdiyini bildirib.

Qeyd edək ki, ötən yay "Qəbələ"yə gələn Adeniyinin "qırmızı-qaralar"la 2021-ci ilin yayına qədər müqaviləsi var. O, ötən mövsüm 10 qolla komandasının ən sərrast futbolçusu olub.(qol)





Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı