23 iyul 2026. Cümə axşamı

Neftçi öz rekordunu yenilədi


Neftçi öz rekordunu yenilədi
Misli Premyer Liqasının XXIX turunda “Sumqayıt” üzərində 4:0 hesablı qələbə qazanan “Neftçi” 2022-23 mövsümünün sonuncu mükafatçısı olub. Corner.az saytı xəbər verir ki, “ağ-qaralar” sona 7 tur qalmış minimum bürünc medalı təmin edib.
 
Bununla Bakı təmsilçisi tarixində 21-ci dəfə mövsümü mükafatla başa vuracaq. Bu isə Azərbaycan çempionatlarında yeni rekorddu. “Neftçi” bu göstəriciyə çatmaqla öz rekordunu yeniləyib.
 
“Neftçi” buna qədər 9 dəfə (1992, 1995-96, 1996-97, 2003-04, 2004-05, 2010-11, 2011-12, 2012-13, 2020-21) ölkə çempionu olub, 5 dəfə gümüş (2000-01, 2006-07, 2018-19, 2019-20, 2021-22), 6 dəfə bürünc (1994-95, 1998-99, 1999/2000, 2005-06, 2007-08, 2017-18) mükafat əldə edib.
Qeyd edək ki, “Neftçi” ardıcıl 6-cı mövsümü ilk “üçlük”də tamamlayacaq.






Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
  • Misli Premyer liqa
  • 20:12 20.07.2026
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
 "Şamaxı" və "Kəpəz" sülhə imza atdı
  • Misli Premyer liqa
  • 19:34 20.07.2026
"Şamaxı" və "Kəpəz" sülhə imza atdı