9 avqust 2026. Bazar günü

İndi bu barədə danışmaq çətindir


İndi bu barədə danışmaq çətindir
Rusiyanın “Ximki” klubunun azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyev Premyer Liqadan aşağı dəstəyə düşəcəkləri təqdirdə, komandada qalmağa hazır olub-olmaması ilə bağlı sualı cavablandırıb. Corner.az Rusiya mətbuatına istinadən xəbər verir ki, futbolçu hələlik bu barədə düşünmədiyini deyib:
 
“İndi bu barədə danışmaq çətindir. Sizcə, mən indi bu haqda düşünürəm? Heç bir fikrim yoxdur. Ay yarım gözləyəcəyik, sonra nəsə cavab verə bilərəm. Hər halda, Premyer Liqada qalmaq üçün əlimizdən gələni edəcəyik. “Ximki”nin hələ də qarşıda rəqibləri ilə matçları var. Prinsipcə, vəziyyət hələ də düzəldilə bilər. Ümid edək ki, belə olacaq”.
 
Ayaz Quliyevin Azərbaycan klublarından birinə keçəcəyi barədə söz-söhbət var. Onun xidmətində “Neftçi”nin və tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanan “Sabah”ın maraqlı olduğu bildirilir.
 
“Ximki” hazırda Rusiya çempionatının turnir cədvəlində sondan əvvəlki – 15-ci yeri tutur. Komanda 22 turda 13 xal toplayıb.






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı