10 aprel 2026. Cümə

Rəşad Sadıqov: Qələbəni qeyd etməyə vaxt yoxdur


Rəşad Sadıqov: Qələbəni qeyd etməyə vaxt yoxdur
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 30-cu turunda "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 3:1 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Hər iki komanda istəkli idi. Maraqlı və sürətli oyunun şahidi olduq. Vacib qələbə qazandıq. Futbolçuları təbrik edirəm. Qarşıda 6 finala bərabər oyun var. Artıq bu andan etibarən növbəti matçları düşünəcəyik. Qələbəni qeyd etməyə vaxt yoxdur. Qarşıda "Qarabağ"la çətin oyun var.
 
Qış fasiləsində yaxşı heyət qurmağa çalışdıq. Fasilədən sonra 12 tur keçib, hələ indi tam heyətlə oynaya bilirik. Kulaç gəldi, zədələndi, Eldar Quliyev komandaya gec qoşuldu, Donald Gerye, İbrahim Abbas da zədə aldı. Bunlar gedişata mənfi təsirini göstərir. Hamının ideal formada olduğunu desəm, düz olmaz. Uzun müddətdən sonra Kulaç ilk rəsmi oyununa çıxdı. Sona yaxın onu qorumaq üçün əvəzləyib, Paxtmanı oyuna saldım, amma bu dəfə də o zədələndi. O, məşqlərdə çox yaxşıdır. Bilmirəm, niyə belə olur. 2-3 ay ona istirahət verdik. Məşqlərdə rahatdır, çalışır. Tez-tez zədə almasının nə ilə bağlı olduğunu artıq bilmirəm. Bəlkə də, oyunun stresindədir.
 
Sol cinahla bağlı ciddi sıxıntılarımız var. İssa Cibrilla diqqətli və istəkli olsa, bu mövqedə də oynaya bilər. Buna görə onu bu mövqeyə qoyub, hücum potensialımızı gücləndirmək istəyirdik. Düzdür, ilk oyunu idi və həyəcanlı oldu. Müasir futbolda Dani Alveş, Xesus Navas kimi nümunələr var ki, hücumdan müdafiəyə çəkilib. Geryenin yoxluğu bizim üçün ciddi itkidir.
 
Ruslan Abışovun mikrozədələri olur. Bu gün bizim yaxşı Ruslana ehtiyacımız var. Sadəcə, həm rəqabətli heyətimiz var. Həm də qapıçı və müdafiə mövqeyində təzyiqlər çoxdur. Hələ bu mövqe üçün axtarış aparmırıq”.






Misli Premyer liqa

"Kəpəz" autsayderlə bacarmadı
  • Misli Premyer liqa
  • 17:38 10.04.2026
"Kəpəz" autsayderlə bacarmadı
AFFA “Turan Tovuz”u ağır cərimələyib
  • Misli Premyer liqa
  • 14:36 09.04.2026
AFFA “Turan Tovuz”u ağır cərimələyib
Son 4 mövsümün ən böyük hesabı
  • Misli Premyer liqa
  • 11:40 08.04.2026
Son 4 mövsümün ən böyük hesabı
XXI əsrin ən məhsuldar seriyası
  • Misli Premyer liqa
  • 11:13 08.04.2026
XXI əsrin ən məhsuldar seriyası
Amerikalıların 10-cu het-triki  - 35-ci legioner
  • Misli Premyer liqa
  • 11:04 08.04.2026
Amerikalıların 10-cu het-triki - 35-ci legioner
Felipedən 25-ci qol
  • Misli Premyer liqa
  • 10:57 08.04.2026
Felipedən 25-ci qol