23 iyun 2026. Çərşənbə axşamı

Kəpəz Turan Tovuz'a qalib gəldi


Kəpəz Turan Tovuz'a qalib gəldi

Misli Premyer Liqasında XXX turun oyunları keçirilir. Corner.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.

Günün yeganə matçı “Kəpəz” “Turan Tovuz”u sınağa çəkib. Gəncə şəhər stadionunun qazonu yararsız vəziyyətə düşdüyündən, budəfəki qərb derbisi Qəbələdə keçirilib. Görüşün taleyini bir qol həll edib. Gəncə təmsilçisi ilk dəqiqələrdə vurduğu yeganə qol sayəsində meydanı qələbə ilə tərk edib.

Xatırladaq ki, ilk oyun günündə “Zirə” evdə “Səbail”ə 3:1, “Qəbələ” isə səfərdə “Neftçi”yə 2:1 hesabıyla qalib gəlib. Tura sabah keçiriləcək “Şamaxı” – “Sumqayıt” və “Sabah” – “Qarabağ” oyunları ilə yekun vurulacaq.

Misli Premyer Liqası
XXX tur
15 aprel

“Kəpəz” - “Turan Tovuz” 1:0
Qol: A.Şuaybu, 8.
Qırmızı vərəqə: Piruzi Marakvelidze, 38.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Namiq Hüseynov, Rəvan Həmzəzadə.
Qəbələ şəhər stadionu, 16:00.







Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı