9 avqust 2026. Bazar günü

Sabah tarixində ilk dəfə Qarabağ'a qalib gəldi


Sabah tarixində ilk dəfə Qarabağ'a qalib gəldi

Bu gün Misli Premyer Liqasında XXX tura yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə “Şamaxı” doğma meydanda “Sumqayıt”la üz-üzə gəlib. Bu görüşdə qapılara qol vurulmayıb.

Turun son matçında isə lider “Qarabağ” əsas izləyicisi “Sabah”la münasibətilərinə aydınlıq gətirib. Üç qolun qeydə alındığı görüşdə meydan sahibləri çətin qələbə qazanıb. Beləliklə, bu qələbə "Sabah"ın Ağdam təmsilçisi üzərindəki ilk qələbəsi kimi tarixə düşüb. 

Xatırladaq ki, daha öncə “Zirə” “Səbail”lə (3:1), “Kəpəz” isə “Turan Tovuz”la (1:0) ev oyunundan qalib ayrılıb. “Neftçi” isə “Qəbələ”yə 1:2 hesabıyla uduzub.

Misli Premyer Liqası
XXX tur
16 aprel

“Şamaxı” – “Sumqayıt” 0:0
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.
Şamaxı şəhər stadionu, 16:00.

“Sabah” – “Qarabağ” 2:1
Qol: C.L.Mikels, 72; 76 - R.Almeyda, 86-pen.
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev.
Masazır. “Bank Respublika Arena”, 19:00.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı