9 avqust 2026. Bazar günü

Emin Mahmudov üçün əlamətdar tur


Emin Mahmudov üçün əlamətdar tur
Misli Premyer Liqasının XXX turunda “Qəbələ” ilə keçirilən oyun “Neftçi”nin kapitanı Emin Mahmudov üçün əlamətdar olub. Corner.az saytı xəbər verir ki, yarımmüdafiəçi penaltidən fərqlənməklə klubun tarixinə düşüb.
 
Belə ki, komandasının 1:2 hesabı ilə məğlub olduğu qarşılaşmada təsəlli topunun müəllifi olan Emin cari mövsüm penaltidən 7-ci qolunu vurub.
 
Bununla 31 yaşlı orta sahə oyunçusu “Neftçi”nin heyətində bir mövsümdə penaltidən ən çox qol vuran oyunçu rekordunu ələ keçirib.
Emindən əvvəl 4 oyunçu hərəyə 6 penalti qolu ilə rekordu bölüşdürürdü. 1992-ci ildə Yunis Hüseynov, 2009/10 mövsümündə Adrian Neaqa, 2015/16 mövsümündə Ruslan Qurbanov, 2020/21 mövsümündə isə Namik Ələskərov 6 dəfə fərqlənib.
 
Ruslan Qurbanovın bir zərbəsi də qeyri-dəqiq olub.






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı