10 aprel 2026. Cümə

Qarabağ Sabah'a uduzsa da...


Qarabağ Sabah'a uduzsa da...
Azərbaycan çempionatlarında ən uzun məğlubiyyətsizlik seriyaları müəyyənləşib. Corner.az saytı xəbər verir ki, Premyer Liqanın XXX turunda “Sabah”a 1:2 hesabı ilə uduzan “Qarabağ” bu baxımdan birincidi.
 
Bununla Ağdam təmsilçisi Premyer Liqada 49 oyundan sonra ilk yenilgisini alıb. Qurban Qurbanovun kollektivi düz 537 gündən sonra ilk dəfə xalsız qalıb. Komanda buna qədər axırıncı dəfə 2021-ci il oktyabrın 25-də “Səbail”ə 1:3 hesabı ilə uduzmuşdu.
Azərbaycan çempionu ötən mövsüm 20, bu mövsüm isə 29 qarşılaşmada rəqiblərinə sevinmək imkanı verməyib. “Qarabağ” bunun 40-da qələbə qazanıb, 9-da heç-heçə edib. Bu 49 oyunluq məğlubiyyətsizlik seriya isə Azərbaycan çempionatları tarixinin mütləq rekordudu.
Çempionat tarixində 6 dəfə bir komanda 25-dən çox matçda xal və ya xallar qazanıb.
 
Ən uzun məğlubiyyətsiz seriyalar:
1. “Qarabağ” – 49 (2021-23)
2. “Qarabağ” – 31 (2018-19)
3. “Kəpəz” – 28 (1997-98)
4. “Turan” – 27 (1992-93)
5-6. “Şəmkir” – 26 (2000-01)
“Neftçi” – 26 (2003-04)
Bununla eyni zamanda “Sabah” ilk dəfə “Qarabağ” üzərində qələbə qazanıb. Tərəflərin əvvəlki 18 duelində 6 heç-heçə qeydə alınıb və 12 dəfə “Qarabağ” qalib gəlib.
 






Misli Premyer liqa

"Kəpəz" autsayderlə bacarmadı
  • Misli Premyer liqa
  • 17:38 10.04.2026
"Kəpəz" autsayderlə bacarmadı
AFFA “Turan Tovuz”u ağır cərimələyib
  • Misli Premyer liqa
  • 14:36 09.04.2026
AFFA “Turan Tovuz”u ağır cərimələyib
Son 4 mövsümün ən böyük hesabı
  • Misli Premyer liqa
  • 11:40 08.04.2026
Son 4 mövsümün ən böyük hesabı
XXI əsrin ən məhsuldar seriyası
  • Misli Premyer liqa
  • 11:13 08.04.2026
XXI əsrin ən məhsuldar seriyası
Amerikalıların 10-cu het-triki  - 35-ci legioner
  • Misli Premyer liqa
  • 11:04 08.04.2026
Amerikalıların 10-cu het-triki - 35-ci legioner
Felipedən 25-ci qol
  • Misli Premyer liqa
  • 10:57 08.04.2026
Felipedən 25-ci qol