9 avqust 2026. Bazar günü

Son 12 ilin ən yaxşı göstəricisi...


Son 12 ilin ən yaxşı göstəricisi...
“Sabah”ın hücumçusu Coy Lens Mikels son 12 ilin ən yaxşı göstəricisinə imza atıb. Corner.az saytı xəbər verir ki, almaniyalı forvard Premyer Liqanın XXX turunda “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada dubl edərək buna nail olub.
 
Cari mövsüm Premyer Liqada qollarının sayını 17-yə çatdıran 30 yaşlı oyunçu son 12 mövsümdə Azərbaycan çempionatında ən çox qol vuran avropalı olub. Mikels 2015-16 mövsümündə 15 qol vuran “Qarabağ”ın sabiq ispaniyalı yarımmüdafiəçisi Dani Kintananın göstəricisini geridə qoyub.
 
2011-ci ildən bəri digər avropalı oyunçuların heç biri Azərbaycan çempionatında bu qədər fərqlənə bilməyib.
 
Qeyd edək ki, çempionatımızda ən çox qol vuran avropalı Georgi Adamiyadı. Gürcüstanlı 2010-11 mövsümündə 18 dəfə fərqlənib.






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı