23 iyul 2026. Cümə axşamı

Qəbələ'nin braziliyalıları üçün əlamətdar oyun


Qəbələ'nin braziliyalıları üçün əlamətdar oyun
Misli Premyer Liqasının XXX turu “Qəbələ”nin futbolçusu Ramon Maçado üçün ikiqat əlamətdar olub. Corner.az xəbər verir ki, braziliyalı hücumçu Azərbaycan çempionatında 50-ci oyununu keçirib. “Neftçi” ilə matçda hesabı açan legioner Premyer Liqada 10-cu qolunu vurub.
 
2022-ci ilin yayında “Qəbələ”yə keçən Maçado bunadək “Neftçi”də çıxış edib. O, Bakı klubunda 24, “qırmızı-qaralar”ın heyətində 26 çempionat görüşündə şans qazanıb. Ramon hər iki komandanın forması ilə eyni sayda – 5 qola imza atıb.
 
“Neftçi” ilə görüş “Qəbələ”nin daha iki braziliyalı futbolçusu üçün əlamətdar olub. Rafael Utziq və Felipe Santos Premyer Liqada yubiley matçına çıxıb. Yalnız “Qəbələ”də çıxış edən Rafael 75-ci çempionat qarşılaşmasında şans qazanıb. Felipe isə Premyer Liqadakı oyun sayını 50-yə çatdırıb. O, əvvəllər “Şamaxı”da forma geyinib. Bu matçlarda Utziq 14, Felipe 9 dəfə fərqlənib.
 
Xatırladaq ki, “Qəbələ” səfər matçında 2:1 hesablı qələbə qazanıb.






Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
  • Misli Premyer liqa
  • 20:12 20.07.2026
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
 "Şamaxı" və "Kəpəz" sülhə imza atdı
  • Misli Premyer liqa
  • 19:34 20.07.2026
"Şamaxı" və "Kəpəz" sülhə imza atdı