5 noyabr 2026. Cümə axşamı

Qəbələ kubok matçına itkisiz çıxacaq


Qəbələ kubok matçına itkisiz çıxacaq
“Qəbələ” Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Səbail”lə ilk oyununa hazırlığı başa vurub. Corner.az xəbər verir ki, “qırmızı-qaralar” məşqləri tam heyətlə yekunlaşdırıb.
 
Klubun mətbuat xidmətindən verilən məlumata görə, komandada heç bir zədəli yoxdur.
 
Xatırladaq ki, bu gün Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” - “Səbail” matçına saat 18:00-da start veriləcək.






Misli Premyer liqa