8 may 2026. Cümə

Layiqli qələbə qazandıq - Elmar Baxşıyev


Layiqli qələbə qazandıq - Elmar Baxşıyev
Azərbaycan kubokunun 1/2 final mərhələsinin “Qəbələ” – “Səbail” oyunundan (3:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Corner.az sizi 43 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:
 
“Oyunun ağır keçəcəyini təxmin edirdik. Yarımfinalda asan rəqib və matç olmur. Bunu bütün komanda dərk edirdi. İki fərqli hissə izlədik. İkinci yarıda intensivliyi artırdıq. Komanda istədiyimizi meydanda verdi və qələbə qazandı. Hücumlar qururduq və qapımızda ani qol gördük. Böyük qüvvə ilə irəli keçdik, standart vəziyyətdən daha bir top buraxdıq. Sevindirici odur ki, komanda ruhdan düşmədi, sonadək əzm göstərdi və qələbə əldə etdi. 0:2 hesabı ilə geridə olanda da oyundan qopmamışdıq. Toparlana bildik və layiqli qələbə qazandıq.
 
Rafael Utziq bundan da yaxşı oynaya bilər. Potensiallı futbolçudur. Müqaviləsi yayda başa çatır. Hər yaxşı oyunçunun təkliflər alması normaldır. Biz də ona öz təklifimizi edəcəyik. Bu görüşdə məğlub olsaydıq da, şanslar 50-nin 50-yə olacaqdı. “Sumqayıt”la çempionatdakı matçı düşünüb, bu qarşılaşmadan sonra komandanı kubokun cavab matçına kökləyəcəyik”.






Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi