23 iyun 2026. Çərşənbə axşamı

Neftçi'nin gücü bəllidir


Neftçi'nin gücü bəllidir

"Kubok iki oyundan ibarətdir. Bu, ilk görüş idi. Öz meydanımızdakı qarşılaşmada üstünlüyümüzün olmasını istəyirdik”. Corner.az xəbər verir ki, bunu “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib.

Tovuz təmsilçisi ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Neftçi” üzərində 1:0 hesablı qələbə qazanıb. Oyundan  sonra təşkil olunan mətbuat konfransında  qələbəni şərh edən gənc mütəxəssis bildirib ki, komandası uduzsa, cavab matçı daha çətin keçərdi:

“Azarleşlərimiz qarşısında oynayırdıq. Yarımfinala yaraşan gözəl atmosfer var idi. Qələbə istəyirdik. Uduzsaydıq, cavab matçı bizim üçün daha çətin olardı. İkinci oyuna hazırlaşmalıyıq. “Neftçi”nin gücü bəllidir. Heyətində çox yaxşı futbolçular var. Rəqib cütün favoritidir, amma biz də əlimizi yanımıza salmayacağıq. Komandamız bu gün düzgün oynadı”







Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı