8 may 2026. Cümə

Gələcəklə bağlı yaxşı planlarımız var


Gələcəklə bağlı yaxşı planlarımız var
"Qarşımızda son dövrəni ən yaxşı şəkildə keçirən “Kəpəz” var idi. Onların həm yerli, həm də əcnəbi oyunçuları yüksək keyfiyyətə malikdilər”. Corner.az-ın məlumatına görə, bunu “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli “Kəpəz”lə keçirilən oyundan sonra deyib.
 
Premyer Liqanın XXXI turunda 1:1 hesabı ilə başa çatan qarşılaşmanı dəyərləndirən mütəxəssis komandasından razılıq bildirib: “Rəqibin sürətli və texnikalı oyunçularına qarşı yaxşı oyun nümayiş etdirmək istəyirdik. Düşünürəm ki, yaxşı çıxış etdik, ancaq qələbə qazana bilmədik. Qarşıdakı matçlara 3 xal üçün çıxacağıq”.
 
39 yaşlı çalışdırıcı "Kəpəz"in onların zəif cəhətlərindən yaralandığını bildirib: “Kəpəz”in üstün cəhətlərini bilirdik. Demək olar ki, hər oyunda bizə standart vəziyyətdən qol vurublar. Bizim isə zəif cəhətlərimizdən biri standart vəziyyətdi. Ani diqqətsizlikdən qol buraxdıq. Sona qədər qədər mübarizə aparacağıq ki, istedadlı gənc futbolçularımızı Premyer Liqada saxlayaq”.
 
O, sonda azarkeşləri dəstəyə dəvət edib: “Hər görüşdə azarkeşlərə səslənirik ki, gəlib dəstək olsunlar. Şamaxıya futbol yaraşır. İstedadlı gənc futbolçularımız var. Belələrinin sayı günü-gündən çoxalır. Azarkeşlər dəstək olsalar, komanda Premyer Liqada qalsa, gələcəklə bağlı yaxşı planlarımız var”.






Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi