8 may 2026. Cümə

Hər oyunu səfərdə keçirmək komandaya təsir edir


Hər oyunu səfərdə keçirmək komandaya təsir edir
"Demək olar ki, bütün oyunları səfərdə keçiririk. Gah Qəbələdə, gah Şamaxıda, gah Bakıda oluruq. Bu da fiziki problemlərə yol açır”. Corner.az saytı xəbər verir ki, bu sözlər “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov XXXI turunda “Şamaxı” ilə 1:1 hesablı heç-heçə etdikləri görüşlə bağlı fikirlərini bölüşürkən bildirib.

O, rəqibin aqressiv oynadığını bildirib: “Şamaxı” evdə daha aqressiv oynayır. “Qarabağ”ın buradakı matçını da izləmişik. “Şamaxı”nın gənc oyunçuları çox istəklidilər. Məğlub olmamağa çalışırdıq”.

Əhmədov məqsədlərinin Premyer Liqada qalmaq olduğunu bir daha toxunub: “İndi 6-cı yeri tutmaq şansımız var, deyirlər ki, bu mövqeni tutmalısınız. Komandada yorğunluq var idi. Şamaxı yüksəklikdə yerləşdiyindən, hava çatışmazlığı olurdu. Bu gün hiss elədim ki, komanda yorğunluq fonunda oyunun son dəqiqələrini yola verirdi. Premyer Liqada qalmaq baxımından səfərdə qazanılan 1 xal çox önəmli idi. Qol buraxsaq da, mübarizəni davam etdirib, bərabərlik topunu vurduq”.
 
Mütəxəssis Gəncə təmsilçisini indiki səviyyəyə gətirənə qədər çox enerji itirdiyini söyləyib: “Kəpəz”i bu səviyyyə gətirənə qədər həddən artıq çox enerji itirdim. Ən yorğun olduğum oyun idi. Bir az istirahətə ehtiyacımız var. Bütün oyunlarımızın səfərdə olması da bizə əlavə problem yaradır. İstənilən halda 1:1 ən ideal nəticədi”.

Əhmədov bir neçə tur əvvəl azarkeşlərin onu istefaya səsləməsinə də toxunub: “İstefa” qışqırmaq təbii haldı. Mən bura gələndə yeni komanda idi. Kollektiv tədricən formalaşandan, istədiyim səviyyəyə çatandan sonra stabil və uğurlu çıxış edəcəyik. “Kəpəz”ə mən özüm də sonradan gəlmişəm. Hər şeyi birdən-birə dəyişmək olmur. Komandanı formalaşdırmaq, bir nöqtəyə gətirmək zaman tələb edir. Marafon uzundu. Sonra başa düşdüm ki, istəyən də var, istəməyən də. Çox reaksiya vermədim. “Turan Tovuz”a uduzduğumuz oyundan sonra demişdim ki, Premyer Liqada qaldıqdan sonra bəlkə istefa verdim. Təzyiqlər çox idi, bu da işimizə maneçilik törədirdi. Yaşar Vahabzadənin kollektivinə cəmi 4-5 oyunçu cəlb etmişəm. Ona da təşəkkür edirəm ki, belə bir komanda qurub. Həyatdı, Yaşar müəllim qalmadı, bu yükü biz götürməli olduq. Bizi istəyənlər və istəməyənlər var idi. Artıq onlar arasında vəhdət yaranıb. Başa düşmək lazımdı ki, nə vaxtsa Tərlan da gedəcək. Bu gün biz varıqsa, dəstək olsunlar, komandanı elitada saxlayaq. Ondan sonra qalıb-qalmamağa baxacağıq. Yaşadığım o vəziyyətləri bir daha yaşamaq istəmirəm. 5 oyunu yaxşı keçirirsən, bir matçda zəif olan kimi söz-söhbət olur”.

52 yaşlı çalışdırıcı komanda da qalacağı təqdirdə müəyyən şərtlərinin olacağını da diqqətə çatdırıb: “Kəpəz”də qalsam belə, çalışacağam ki, növbəti mövsüm komandanı mükafatçılar sırasına yüksəldim. Əgər mən dediyim şərtlər olsa, burada qalmaq məsələsinə baxmaq olar. Ən əsas şərt komandanın bazasının hazır olmasıdı. Ən azı kollektiv oteldə məskunlaşmalıdır. Yavaş-yavaş yox, sürətli inkişaf istəyirəm. Həmçinin maliyyə də olmalıdı ki, futbolçular bu baxımdan problem yaşamasınlar”.






Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi