23 iyun 2026. Çərşənbə axşamı

Zirə Qarabağ'la, Şamaxı Kəpəz'lə heç-heçə etdi


Zirə Qarabağ'la, Şamaxı Kəpəz'lə heç-heçə etdi

Bu gün Misli Premyer Liqasında XXXI tura start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə 2 görüş baş tutub.

Əvvəlcə “Şamaxı” doğma meydanda “Kəpəz”lə qarşılaşıb. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Günün digər matçı isə “Qarabağ” “Zirə” ilə münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib. 

Bu turun “Turan Tovuz” – “Sabah” və “Səbail” – “Neftçi” oyunları sabah, “Sumqayıt” – “Qəbələ” görüşü aprelin 23-də baş tutacaq.

Misli Premyer Liqası
XXXI tur
21 aprel

“Şamaxı” – “Kəpəz” 1:1
Qol: Emin Zamanov, 34 – Abdullahi Şuaybu, 38.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Cavanşir Yusifov, İnqilab Məmmədov.
Şamaxı şəhər stadionu, 16:00.

“Qarabağ” – “Zirə” 2:2
Qol: Marko Yankoviç, 54. Ramil Şeydayev, 59 - Hamidu Keyta, 62. Vladislav Kulaç, 65.
Hakimlər: Kamranbəy Rəhimov, Müslüm Əliyev, Şirmamed Mamedov, Kamran Əliyev.
“Azersun Arena”, 20:00.







Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı