23 iyul 2026. Cümə axşamı

Ümid edirəm ki, ölkə kubokunu Neftçi qazanacaq


Ümid edirəm ki, ölkə kubokunu Neftçi qazanacaq
"Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 31-cu turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan oyundan sonrakı mətbuat konfransında bunları söyləyib:
 
“Öncə xalqımızı bayram münasibətilə təbrik edirəm! Çox həyəcanlı, maraqlı matçın şahidi olduq. Səfərdə 0:2 hesabıyla geriyə düşmüşdük. Üstünlük onların tərəfində idi. Sonra hesabı bərabərləşdirdik. Əvəzetmələrdən sonra pressinq etməyə başladıq. Təəssüf ki, qol epizodlarından yararlana bilmədik. Futbolçularıma təşəkkür edirəm. Hesabda geri düşməyimizə baxmayaraq, sonra tarazlıq yarada bildik.
 
Səfərdə “Qarabağ”a qarşı oynamaq çətindir. Düşünürəm ki, ədalətli nəticə heç-heçə idi. Futbolçularım meydançada bacarıqlarını göstərdilər. Fərqli nəticə də görə bilərdik. Şükürlər olsun ki, bir xal qazandıq. Naşükürlük etmirik. Bəlkə də, "Qarabağ"la görüşlərdən öncə ən çox yada saldığım oyun 7:1-lə nəticələnən görüşdür. Həmin oyunu futbolçularıma tez-tez xatırladıram. Ardını da gətirə bilərdik.
 
Ötən dəfə də demişdim ki, avrokuboklara getməyin asan yolu ilk üçlüyə düşməkdir. Bunu bacarmadıqdan sonra digər məsələlər sual altındadır. Kuboku kimin qazanması sual altındadır. Buraxdığımız səhvlər, istifadə edə bilmədiyimiz epizodlar bizi geri saldı. Hazırda 4-cü yerdə “Qəbələ”dir. Ümid edirəm ki, “Neftçi” ölkə kubokunu qazanacaq”.
 






Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
  • Misli Premyer liqa
  • 20:12 20.07.2026
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
 "Şamaxı" və "Kəpəz" sülhə imza atdı
  • Misli Premyer liqa
  • 19:34 20.07.2026
"Şamaxı" və "Kəpəz" sülhə imza atdı