23 iyul 2026. Cümə axşamı

Murad Musayev Premyer Liqada 12 komanda olmasını istəyir


Murad Musayev Premyer Liqada 12 komanda olmasını istəyir
"Sabah"ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 31-ci turu çərçivəsində "Turan Tovuz"a qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Çox çətin qələbə qazandıq. “Turan Tovuz” yaxşı futbol sərgiləyir. İkili mübarizələrdə, uzun toplarda, standart vəziyyətlərdə çox yaxşı oynayırlar. Bizim üçün çox önəmli olan 3 xalı əldə etdik. Tovuzdakı hər iki oyunda Aleksey Kaşukun qolları ilə qələbə qazanmağımızın təsadüfi olduğunu düşünürəm. Bəxti gətirdi ki, o, bu gün qollar vurdu.
 
Hazırda yalnız qarşıdakı "Şamaxı" ilə matç barədə düşünürəm. Məqsədim komandamı bu oyuna hazırlamaqdır. Mövsümün sonunda hansı mövqedə olacağımızı mayın 28-də görəcəyik.
 
Mənim üçün Premyer Liqada 12 komandanın olması əlbəttə ki, yaxşıdır. Amma gələcək komandaların Premyer Liqanın səviyyəsinə uyğun olması çox önəmlidir. Son pillələrdə çox gərgin mübarizə gedir. Bəzən onlar yuxarı pillələrdə olan komandalara böyük problem yaradırlar”.






Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
  • Misli Premyer liqa
  • 20:12 20.07.2026
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
 "Şamaxı" və "Kəpəz" sülhə imza atdı
  • Misli Premyer liqa
  • 19:34 20.07.2026
"Şamaxı" və "Kəpəz" sülhə imza atdı