11 aprel 2026. Şənbə

Zədəlilərin sayının artması bizi narahat edir


Zədəlilərin sayının artması bizi narahat edir
"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 31-ci turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında görüşü belə şərh edib:
 
“Azarkeşlərimiz bu gün möhtəşəm idilər. Ağır oyun oldu. Ağır qrafikdəyik. Hər oyun zədəlilərin sayının artması bizi narahat edir. Bu gün də Tərlan Əhmədlinin zədələnməsi çox pis təsir etdi. İki cəbhədə vuruşmalıyıq. Oyun pis alınmadı. Amma rəqibin ustalığı öz sözünü dedi. Əllərinə düşən epizodları qola çevirdilər. Bizim də epizodlarımız oldu, sadəcə, sonluq alınmadı. Sıx qrafikdə rotasiyaların olması normaldır. Kubokda şansımız var. Bilirik çox çətin olacaq. Cavab görüşünə tam gümrah getmək istəyirik. Buna görə rotasiyalar etdik. 
 
Biz də hesablayırıq, turnir cədvəli ilə yaşayırıq. Çünki, bilirik bizi qarşıda nə gözləyir. İki tur əvvəl də demişdim ki, hələ təhlükəli yerdəyik. Lazım olan oyunlarda qələbə qazana bilmədik. Bundan əvvəlki turlarda bir qələbə bizi rəqiblərdən aralayırdı. Qarşıda matçlar var. Evdə "Səbail" və "Neftçi" ilə oynayacağıq. Kubokdan sonra tam olaraq çempionata köklənəcəyik. Sona qədər mübarizə gedəcək. Futbolçularıma inanıram. Aşağı pillələrdə ola bilərik. Amma əsas məqsəd Premyer Liqada qalmaqdır. Bunun üçün çalışacağıq. Kubokun yarımfinalına çıxmışıq. Riskə gedəcəyik, getməliyik.
 
Milnerin durumu kritikdir. Oynamaq şansı azdır. Müalicəsi davam edir. Piruzi Marakvelidze ilə Şəhriyar Əliyevin durumu yaxşılığa doğru gedir. Qalan futbolçularımız yaxşıdır. Tərlan Əhmədlinin Əzələsində dartılma var. Bu gün Kamal Bayramovun da cəzası var idi. Mehman Hacıyev ilk oyununa çıxdı. Kubokda Kamal oynaya biləcək”.






Misli Premyer liqa

"Kəpəz" autsayderlə bacarmadı
  • Misli Premyer liqa
  • 17:38 10.04.2026
"Kəpəz" autsayderlə bacarmadı
AFFA “Turan Tovuz”u ağır cərimələyib
  • Misli Premyer liqa
  • 14:36 09.04.2026
AFFA “Turan Tovuz”u ağır cərimələyib
Son 4 mövsümün ən böyük hesabı
  • Misli Premyer liqa
  • 11:40 08.04.2026
Son 4 mövsümün ən böyük hesabı
XXI əsrin ən məhsuldar seriyası
  • Misli Premyer liqa
  • 11:13 08.04.2026
XXI əsrin ən məhsuldar seriyası
Amerikalıların 10-cu het-triki  - 35-ci legioner
  • Misli Premyer liqa
  • 11:04 08.04.2026
Amerikalıların 10-cu het-triki - 35-ci legioner
Felipedən 25-ci qol
  • Misli Premyer liqa
  • 10:57 08.04.2026
Felipedən 25-ci qol