11 aprel 2026. Şənbə

Sabah'dan qələbə, Neftçi xal itirdi


Sabah'dan qələbə, Neftçi xal itirdi

Misli Premyer Liqasında XXXI turun oyunları keçirilir. Corner.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

Əvvəlcə “Turan Tovuz” doğma meydanda “Sabah”ı qəbul edib. Liderin əsas izləyicisi bu oyunda inamlı qələbə qazanıb.

“Neftçi” isə səfərdə “Səbail”in qonağı olub. Bu oyunda isə tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Xatırladaq ki, ilk oyun günündə baş tutan “Şamaxı” - “Kəpəz” (1:1) və “Qarabağ” – “Zirə” (2:2) matçılarında da qalib müəyyənləşməmişdi.

Tura sabah keçiriləcək “Sumqayıt” – “Qəbələ” oyunu ilə yekun vurulacaq.

Misli Premyer Liqası
XXXI tur
22 aprel

“Turan Tovuz” – “Sabah” 0:2
Qol: Aleksey Kaşuk, 28; 66.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rövşən Rəcəbov
Tovuz şəhər stadionu, 16:00

“Səbail” – “Neftçi” 1:1
Qol: Maksim Çex, 32 – Yeqor Boqomolski, 8.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Emin Əliyev
“ASCO Arena”, 18:30.







Misli Premyer liqa

"Kəpəz" autsayderlə bacarmadı
  • Misli Premyer liqa
  • 17:38 10.04.2026
"Kəpəz" autsayderlə bacarmadı
AFFA “Turan Tovuz”u ağır cərimələyib
  • Misli Premyer liqa
  • 14:36 09.04.2026
AFFA “Turan Tovuz”u ağır cərimələyib
Son 4 mövsümün ən böyük hesabı
  • Misli Premyer liqa
  • 11:40 08.04.2026
Son 4 mövsümün ən böyük hesabı
XXI əsrin ən məhsuldar seriyası
  • Misli Premyer liqa
  • 11:13 08.04.2026
XXI əsrin ən məhsuldar seriyası
Amerikalıların 10-cu het-triki  - 35-ci legioner
  • Misli Premyer liqa
  • 11:04 08.04.2026
Amerikalıların 10-cu het-triki - 35-ci legioner
Felipedən 25-ci qol
  • Misli Premyer liqa
  • 10:57 08.04.2026
Felipedən 25-ci qol