23 oktyabr 2024. Çərşənbə

Üç günə süni örtükdə iki oyun keçirməyə öyrəşməmişik


Üç günə süni örtükdə iki oyun keçirməyə öyrəşməmişik
"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Premyer Liqanın 31-ci turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, rumıniyalı mütəxəssis 1:1 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında görüşü belə şərh edib:
 
“Bütün futbolçuları bərpa edib bu oyuna hazırlamaq çətin idi. Düşünürəm ki, bu gün hər top uğrunda mübarizə apardıq. İlk hissədə yaxşı oyun nümayiş etdirdik. İkinci hissədə çalışdıq, amma rəqib qapısı qarşısında böyük şanslar yarada bilmədik. Bütün fikrimiz kubokun cavab matçındadır. Evdə oynayacağıq. Ümid edirəm ki, bizi dəstəkləməyə çoxlu azarkeş gələcək.
 
Üç gün öncə bütün komanda ilə Tovuzda idik. 12 saat avtobusla yol gedib-gəlmişik. Oyunçuları bərpa etməyə çalışdıq. Tovuzda oynamayan futbolçular üçün də asan deyildi. Üç gün ərzində süni örtüklü meydançada iki oyun keçirdik. Biz komanda olaraq buna öyrəşməmişik. Bu cür meydançada oynayanda həmişə çətinlik yaşayırıq. Buna görə müdafiədə bəzi səhvlər edirdik. Amma Höccət Haqverdi ilə Mert Çelikin oyunundan razı qaldım. Bizə ümid verdilər.
 
Bütün diqqətimiz növbəti oyundadır. Hazırda qapıçı haqda sual verməyi məqsədəuyğun hesab etmirəm. İvan Brkiç də yaxşı oyunlar keçirir. Hər iki qapıçı hazırdır. Oyundan-oyuna qapıçı dəyişə bilmərik. Ümid edirəm ki, kubokun finalına çıxarıq. Əlbəttə ki, çempionatda futbolçularımdan daha yaxşı oyun gözləyirəm. Çempionatın sonuna yaxın bütün oyunları təhlil edəcəyik. Ondan sonra bu haqda danışa bilərik. 
 
Oyunçularıma da demişəm ki, bu il kubok qazanmalıyıq. Çünki, hər birimizin CV-sində titullar qalacaq”.






Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir