18 mart 2026. Çərşənbə

Şahin Diniyev: Bu gün 2 xal itirdik


Şahin Diniyev: Bu gün 2 xal itirdik
"Səbail”in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 31-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan matçdan sonrakı mətbuat konfransında görüşü belə şərh edib:
 
“Bu gün çox yaxşı oyun izlədik. Komandama təşəkkür edirəm ki, belə yüksək səviyyəli futbol oynadı. Heç bir oyunda bu qədər qol epizodu yaratmamışdıq. Futbolçularıma heç bir iradım yoxdur. 3 xala çox yaxın idik. Bizim real qol vəziyyətlərimiz daha çox idi. Sadəcə, istifadə edə bilmədik. Qazanılan 1 xal da bizim üçün qızıldır. Premyer Liqada qalmaq üçün komandaya inamım çoxalıb. Futbolçuların məşqə, oyuna yanaşması məni tam razı salır. Birinci hissədə çox pressinq etdik. Pressinq etmək çətindir. Şükür ki, gücümüz sona kimi çatdı.
 
Statistikaya, qol vəziyyətlərinə baxanda biz bu gün 2 xal itirdik. Qələbə qazanmağa layiq idik. Təsadüfi qol vəziyyətləri yaratmadıq, düşünülmüş hücumlarımız var idi. 
 
Rotasiyalar etməyə məcburuq. 3-4 gündən bir oynamağa çətinlik çəkirik. Qəbələdə daha çox müdafiəyəmeyilli futbolçuları meydana buraxdıq. Çünki, kubokun ilk matçında sərfəli nəticə qazanmaq lazım idi. Komandada ab-hava yüksək səviyyədədir. Hər kəs məsuliyyəti dərk edir. Komandanın oyununu düzəltmək üçün vaxt lazımdır. Artıq komanda futbol oynamağa başlayıb. 27 nəfərin hər biri eyni məşqi edir. Bu gün oyundan zövq aldım.
 
Mirabdulla Abbasov əməliyyatdan çıxıb. Komanda ilə məşqlərə təzə başlayıb. Hələ ki, hazır deyil. Məşqdə mən görürəm, oyunda siz görürsüz. Kim daha hazırdırsa, ona şans verirəm. Qoba Zakpanın son oyunlarda qol vurmağı mənə ümid verdi. Pis oynamadı. Ağabala Ramazanovun ustalıq səviyyəsinin aşağı olduğunu deməzdim. Sadəcə, tələskənlik olur. Bir az gərgin idi. Çox istəyirdi komanda qələbə qazansın. Bəlkə də soyuqqanlılıq çatışmadı ki, çərçivəyə düşə bilsin”.






Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi