23 iyul 2026. Cümə axşamı

Uduza da bilərdik - Elmar Baxşıyev


Uduza da bilərdik - Elmar Baxşıyev
"Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 31-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, 3:2 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında görüşü belə şərh edib:
 
“Bilirdik ki, bizi çətin oyun gözləyir. “Sumqayıt” çətin rəqibdir. Samir hoca yaxşı kollektiv formalaşdırıb. Uda da bilərdik, uduza da bilərdik. Yolumuza davam edirik. Futbolçularıma təşəkkür edirəm. Xarakter nümayiş etdirdilər.
 
Oyunu hissələrə bölməzdim. Biz oyundan qopmamışdıq. Rəqib bizə təzyiq göstərirdi. 0:2-dən sonra geri dönüş etmək çox ağırdır. Sevinirəm ki, komandamda ruhu sağlam insanlar var.
 
Aqressiyamı futbolçular normal qəbul edirlər. Ola bilər ki, bu, futbolçularıma müsbət təsir edir. Qərarları qəbul edən hakimdir.
 
Siz qıraqdan fiziki durumumuzun yaxşı olduğunu görə bilərsiniz. Futbol detallardan ibarətdir. Hərdən alınır, hərdən isə istədiyini görə bilmirsən. Geri dönüş etməyi futbolçularımın iradəsi ilə bağlayıram. Məğlub da ola bilərdik.
 
Öncədən bilirdik ki, hazırkı period bizə çətin olacaq. Məncə, indiki durumda heyətimiz genişdir. Rotasiya etmək mümkündür.
 
Futbolun sirr çubuğu yoxdur. Oyunlar olur ki, 7-8 epizod dəyərləndirə bilmirdik. İndi isə yaratdığımız epizodları dəyərləndirə bilirik”.






Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
  • Misli Premyer liqa
  • 20:12 20.07.2026
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
 "Şamaxı" və "Kəpəz" sülhə imza atdı
  • Misli Premyer liqa
  • 19:34 20.07.2026
"Şamaxı" və "Kəpəz" sülhə imza atdı