18 mart 2026. Çərşənbə

150-ci dəfə 2:2 hesabı


150-ci dəfə 2:2 hesabı
Misli Premyer Liqasının XXXI turunda 3 heç-heçə qeydə alınıb. Corner.az saytı xəbər verir ki, bununla 2022-23 mövsümünün rekordu təkrarlanıb. Turun “Şamaxı” – “Kəpəz”, “Səbail” – “Neftçi” görüşlərində 1:1, “Qarabağ” – “Zirə” qarşılaşması isə 2:2 hesabı ilə başa çatıb.
 
Cari mövsüm ilk dəfə belə göstərici XV turda yaşanıb. Maraqlıdı ki, həmin vaxt da məhz eyni cütlər üz-üzə gəliblər. Ötən ilin noyabrına təsadüf edən turda “Qarabağ”la “Zirə”nin duelində qol səsi çıxmayıbsa, Şamaxı və Sumqayıtdakı qarşılaşmalarda 1:1 hesabı olub.
 
Bu heç-heçələrdən ikisi yubileylə əlamətdar olub. “Şamaxı” – “Kəpəz” matçı 1:1 hesabı ilə yekunlaşan 500-cü oyun kimi tarixə düşüb.
 
Çempionatımızda 150-ci dəfə 2:2 hesabı isə “Qarabağ” – “Zirə” görüşündə yaşanıb.
 
Qeyd edək ki XXXI turun digər oyunlarında “Sabah” “Turan Tovuz”a 2:0, “Qəbələ” “Sumqayıt”a 3:2 hesabı ilə qalib gəlib.






Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi