10 avqust 2026. Bazar ertəsi

Premyer Liqada 50-ci oyun


Premyer Liqada 50-ci oyun
"Qəbələ”nin futbolçusu Omar Hani Azərbaycan çempionatında 50-ci oyununu keçirib. Corner.az xəbər verir ki, iordaniyalı yarımmüdafiəçinin yubileyi Premyer Liqanın 31-ci turuna təsadüf edib.
 
24 yaşlı legioner “Sumqayıt”la səfər görüşündə sonradan meydana daxil olub.
 
Omar “qırmızı-qaralar”ın 0:2 hesabı ilə geridə olduğu matçda komandasının ilk qolunu vurub. Yubiley matçındakı bu topdan sonra daha iki dəfə fərqlənən “Qəbələ” geridönüşlə 3 xal qazanıb – 3:2.
 
Hani Premyer Liqada 2021-ci il sentyabrın 11-də “Sabah”la səfər matçında (2:0) debüt edib. O, ötən mövsüm 21, cari çempionatda 29 dəfə meydana çıxıb. İordaniyalı futbolçu bu qarşılaşmalarda 3 qola imza atıb.
 
Xatırladaq ki, Omar “Qəbələ”nin forması ilə Premyer Liqada 50 və daha çox oyun keçirən 36-cı futbolçudur






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı