8 may 2026. Cümə

Neftçi tarixində 11-ci dəfə finalda!


Neftçi tarixində 11-ci dəfə finalda!

Bu gün futbol üzrə Azərbaycan kubokunda yarımfinalın cavab oyunlarına start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə “Neftçi” “Turan Tovuz”u qəbul edib.

Tovuzda baş tutmuş ilk oyunda meydan sahibləri 1:0 hesabıyla qələbə qazanmışdı. Bu üzdən “Turan Tovuz”a finala çıxmaq üçün səfərdə heç-heçə də bəs edirdi. “Neftçi”yə isə mərhələ adlamaq üçün mütləq qələbə lazım idi. Görüşə gəlincə paytaxt təmsilçisi yalnız əlavə olunmuş vaxtda vurduğu qollarla Tovuz klubunu mübarizədən kənarlaşdırmağı bacarıb.

Digər yarımfinal görüşü sabah “Səbail”lə “Qəbələ” arasında olacaq.

Azərbaycan kuboku
Yarımfinalın cavab oyunu
26 aprel

Neftçi - Turan Tovuz 2:0 
Qollar: Emin Mahmudov, 90+3. Kenni Sayef, 90+8.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, İnqilab Məmmədov.
Bakı. “Bakcell Arena”. Saat 20:00
İlk oyun – 0:1.







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi