23 oktyabr 2024. Çərşənbə

Kuboku qazanmaq üçün hər şeyi edəcəyik


Kuboku qazanmaq üçün hər şeyi edəcəyik
"İstilik 120 dərəcəyə qalxır, bu cür hissiyyatı sevirəm”. Corner.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Turan Tovuz”a qarşı keçirilən cavab oyunu barədə danışarkən deyib.
 
Rumıniyalı mütəxəssis görüşdə rəqibə uduza da biləcəklərini bildirib : “İlk dəqiqədən sona kimi komandam futbol oynamağa çalışdıq. Bütün komponentlərdə rəqibi üstələdik. Yarımfinal idi, uduza da bilərdik. Çünki son 3-4 oyunda bizi bəxtsizlik bürüyüb. Kubok oyunları hər zaman fərqli olur. Final matçını doğma arenada keçirəcəyimiz üçün sevinirik. Kuboku qazanmaq üçün hər şeyi edəcəyik”.
 
O, rəqibin müdafiədə oturmasına də toxunub: “Rəqib 6 futbolçu ilə müdafiə olunurdu, hər epizodda vaxt aparırdı, topu kənara vururdu. Belə məqamda başqa nə taktika düşünə bilərəm? İki dəfə top tirə dəydi. Bir az bəxtsizliklə üzləşdik. Cinah oyunçularını dəyişdik ki, cinahdan rəqibin müdafiə xəttini yaraq. Bu gün hər bir futbolçumuz bacardığını göstərməyə çalışdı”.
 
Təcrübəli mütəxəssis sayılmayan erkən qolda hakimin səhvə yol verdiyinin qənaətindədi: “Kəpəz”lə matçda vurduğumuz qol epizodunda xətti fərqli çəkmişdilər. Bu gün də sayılmayan ilk qolu ofsayddan vurmadığımızı düşünürəm. Ömər Buludovun epizoduna cərimə zərbəsi təyin olunursa, Tovuzda da Saldanyanı meydanda harada gəldi vururdular”.
 
Regekampf avrokubok barədə danışmaq üçün hələ tez olduğunu düşünür: “Çünki hələ finalda oynamalıyıq. Bəzi oyunçularımız zədəlidir. Azər Əliyev, Ataa Caber yüz faiz hazır deyillər. Bütün diqqəti kubokun finalına və çempionat matçlarına yönəldəcəyik. Mövsüm bitdikdən sonra qarşıdakı mövsümün planları barədə danışacağıq. Komandanı daha da güclü etmək istəyirik”.
 
Baş məşqçi hücumçu Yeqor Boqomolskiyə bundan sonra daha çox şans verəcəyini söyləyib: “Yeqor Boqomolski gəncdir. İlk dəqiqələrdən meydanda olanda 10 km qaçır. Ona qarşı oynamaq çətindir, həmişə hərəkətdədir. Oyundan-oyuna daha yaxşı olacağına əminəm. Həm ona, həm də Saldanyaya bu rəqabət lazımdır. Saldanya istədiyimizi etmədikdə dərhal Yeqora şans veriləcək. Ümid edirəm ki, növbəti mövsüm ehtiyat skamyamızda da güclü oyunçular olacaq. Bəzən məşqə əvəzedici heyətdən 6-7 oyunçu cəlb edirik ki, say normal olsun. Belədə də inkişaf ləng gedir. Daha güclü olmaq üçün daha çox rəqabət olmalıdır. İstədiyimiz səviyyədə oynamayan futbolçu yanımda oturacaq”.
 
O, ölkə kubokunu qazanacaqlarından əmin danışıb: “Səbail” və “Qəbələ” fərqli komandalardır, müqayisə edə bilmərik. Rəqibin səndən zəif olduğunu düşünsən, məğlub olacaqsan. Finalı evdə oynayacağıq. Bir oyundan ibarət olacaq, hazır olmalıyıq. Finalda uduzmaq çox üzücüdür. Ağlımdan bu keçmir”.
 
“Neftçi”yə qələbə çox yaxşı təsir edir, atmosfer yüksək olur. “Qarabağ”la mövsümün son oyunumuzda qələbə qazanmağa çalışacağıq. Ümid edirəm ki, komandanı istənilən səviyyəyə gətirə biləcəyəm. Döyüş olacaq, mübarizə olacaq. Hər iki komanda yaxşı oyunçularla futbol oynayacaq. Kim günündə olacaqsa, o da qalib gələcək”.






Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir