23 iyun 2026. Çərşənbə axşamı

AFFA klubları cərimələdi


AFFA klubları cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib. Corner.az saytı xəbər verir ki, komitə Misli Premyer Liqasının XXXI turuna görə, 3 klubu cəzalandırıb.

Xüsusən də, “Sumqayıt” – “Qəbələ” görüşü ilə bağlı cərimələr tətbiq edilib.

Oyuna təcili tibbi yardım maşını təyin olunan vaxtdan gec gəldiyi üçün “Sumqayıt” 400 manat cərimələnib. Matç zamanı meydançaya kənar əşyaların atılması “kimyaçılar”ı daha 1600 manat ziyana salıb.

“Qəbələ” isə 6 oyunçusu sarı vərəqə aldığından, 800 manat cəriləyə məruz qalıb.

Komitə “Səbail”ə də 800 manat cərimə kəsib. Buna səbəb qəsəbə təmsilçisinin “Neftçi” ilə qarşılaşmada 4 futbolçusunun sarı vərəqə alması olub.

Misli Premyer Liqasının XXXI turunda keçirilən “Qarabağ” – “Zirə” oyunu hər iki komandanın cərimələnməsi ilə nəticələnib. İK  2:2 hesabı ilə başa çatan qarşılaşmadakı neqativ hallara da hüquqi qiymət verib.

4 futbolçusu sarı vərəqə alan “Qarabağ” 800 manat cərimələnib. Görüş bitdikdən sonra meydançaya kənar şəxslərin daxil olması ağdamlıları daha 1600 manat ziyana salıb.

“Zirə”də isə görüşün ardından “A buraxılışı” olmayan nümayəndələrin meydançaya daxil olması klubun 800 manatlıq cərimələnməsi ilə nəticələnib.

Bundan başqa, qonaq komanda İntizam Məcəlləsinin 50.7 bəndini pozduğuna görə 2000 manat cərimələnib.







Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı