23 iyun 2026. Çərşənbə axşamı

AFFA daha dörd komandaya texniki məğlubiyyət verdi


AFFA daha dörd komandaya texniki məğlubiyyət verdi
AFFA İntizam Komitəsinin növbəti iclası baş tutub. Corner.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında təşkil olunmuş müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:
 
Gənclər Liqasının “Şamaxı” – “Sabah” oyununda “Sabah”ın futbolçusu Rəvan Mirzəmmədov rəqib futbolçunu təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılıb.
 
Gənclər Liqasının İCBFA – “Kəpəz” oyununda İCBFA komandasının məşqçisi Qüdrət Ələsgərov hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 5 oyun cəzalandırılıb.
 
U-17 Liqasının “Səbail” – “Neftçi” oyununda “Səbail”in baş məşqçisi Yaşar Abuzərov cəzalı olmasına baxmayaraq, hissələrarası fasilədə  və oyun bitdikdən sonra meydançaya daxil olaraq hakimləri təhqir etdiyi üçün 5 oyun cəzalandırılıb.
 
U-15 Liqasının “Səbail” – “Cənub Elit” oyununda “Cənub Elit”in futbolçusu Rəşad İslamov təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb.
 
U-11 Liqasının “Baku Sporting” – “Səbail” oyunu “Səbail” tərəfindən lisenziyalar vaxtında təqdim edilmədiyi üçün baş tutmayıb. Buna görə “Səbail”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-11 Liqasının “Dinamo” (Gəncə) – “Lokomotiv” (Gəncə) oyunu “Dinamo”nun heyətində yetərsay olmadığı üçün baş tutmayıb. Buna görə “Dinamo”ya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
Futzal üzrə İkinci Liqanın “Çinar Zəngilan” -  “Metropoliten” oyunu “Çinar Zəngilan” təyin olunan vaxtda oyuna gəlmədiyi üçün baş tutmayıb. Buna görə “Çinar Zəngilan”a 0:5 hesablı texniki məğlubiyyət verilib.
 
Futzal üzrə Yüksək Liqanın “Record” – “Baku Fire” oyunu “Record” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün baş tutmayıb. Buna görə “Record”a 0:5 hesablı texniki məğlubiyyət verilib.
 
Futzal üzrə Yüksək Liqanın “Araz Naxçıvan” – “Neftçi” İK İB oyununda “Neftçi”nin oyunçusu İlkin Hacıyev oyun bitdikdən sonra hakimi təhqir etdiyinə görə  4 oyun cəzalandırılıb.






Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı