6 avqust 2026. Cümə axşamı

Sabah Təmkini bağışladı


Sabah Təmkini bağışladı

Sabah heyətdən kənarlaşdırdığı futbolçusu Təmkin Xəlilzadə ilə bağlı qərar verib.

Paytaxt təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun verdiyi məlumata görə, klub rəhbərliyi və baş məşqçi Elşad Əhmədov 26 yaşlı futbolçunun komandada qalmasını istəyib.

Həmidov deyib ki, oyunçu baş məşqçi ilə söhbət edib və intizam qaydalarını pozmayacağına dair söz verib. "O, artıq komanda ilə birlikdə məşqə də çıxıb".

Qeyd edək ki, Təmkin Xəlilzadə 2018-2019 mövsümünün sonuna yaxın daxili intizam qaydalarını pozduğu üçün heyətdən uzaqlaşdırılıb. Xəlilzadə Azərbaycan millisinin də üzvüdür (Report).







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı