10 avqust 2026. Bazar ertəsi

Neftçi'nin finaldakı rəqibi bəlli oldu


Neftçi'nin finaldakı rəqibi bəlli oldu

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu yarımfinal görüşündə “Səbail” “Qəbələ” ilə üz-üzə gəlib.

Bu komandalar arasında Qəbələdə keçirilmiş ilk oyunda meydan sahibləri qalib gəlmişdilər. Cavab görüşündə “Qəbələ”yə finala vəsiqə qazanmaq üçün heç-heçə də kifayət edirdi. “Səbail” isə tarixində ilk dəfə finala çıxmaq üçün mütləq qələbə lazım idi. Amma oyun yenə əyalət təmsilçisinin qələbəsiylə yekunlaşıb. Nəticədə "Neftçi"nin finaldakı rəqibi "Qəbələ" olub.

Xatırladaq ki, daha öncə “Turan Tovuz”u iki oyunun nəticəsinə (2:0, 0:1) görə üstələmiş “Neftçi” finala yüksəlmişdi.

Kubokun həlledici oyunu iyunun 3-də “Bakcell Arena”da keçiriləcək.

Azərbaycan kuboku
Yarımfinalın cavab oyunu
27 aprel

“Səbail” – “Qəbələ” 0:1
Qol: İsnik Alimi, 49-pen.
Qırmızı vərəqə: Vüqar Həsənov, 47. Qustavo de Fransa, 90+2. Adil Nağıyev, 90+4.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Bakı. “ASCO Arena”, 20:00.
İlk oyun – 2:3.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı