23 iyul 2026. Cümə axşamı

Finalda təkrarlanan 5-ci cüt


Finalda təkrarlanan 5-ci cüt
Azərbaycan Kubokunun finalına vəsiqə “Neftçi” və “Qəbələ”nin tarixə düşməsinə səbəb olub. Corner.az xəbər verir ki, adıçəkilən komandalar ikinci dəfə həlledici görüşdə rəqib olmaqla əlamətdar statistik göstərici ortaya qoyublar.
 
Belə ki, onlar ölkə kubokunun 31 illik tarixində finalda iki və daha çox qarşılaşan 5-ci cüt olacaq. “Neftçi” ilə “Qəbələ” buna qədər ilk dəfə 2013-14 mövsümündə finalda qarşılaşıb. 9 il əvvəlki matç 1:1 hesabı ilə yekunlaşıb və penaltilər seriyası ilə paytaxt təmsilçisi 3:2 hesablı qələbəyə sevinib. 
 
Finalda ən çox görüşmə rekordu “Neftçi” ilə “Qarabağ”a məxsusdu. Onlar 3 dəfə həlledici görüşdə qarşılaşıblar. “Neftçi” 1995-96  mövsümündə 3:0, “Qarabağ” 2014-15-də 3:1, 2015-16-da isə 1:0 hesablı qələbə qazanıb.
 
Digər üç cütdə eyni komandaların final duelindən eyni klub qalib ayrılıb. “Neftçi” “Şəmkir”i 1998-99 (0:0, pen.5:3) və 2003-04 (1:0, əlavə vaxtda) mövsümündə, “Kəpəz”  “Qarabağ”ı 1997-98 (2:0) və 1999-2000 (2:1) mövsümündə, “Xəzər Lənkəran” isə “İnter”i 2007-08 (2:0, əlavə, vaxtda) və 2010-11 (1:1, pen.4:2) mövsümündə məğlub edib.
 
Qeyd edək ki, final görüşü iyunun 3-də “Bakcell Arena”da olacaq.






Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
  • Misli Premyer liqa
  • 20:12 20.07.2026
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
 "Şamaxı" və "Kəpəz" sülhə imza atdı
  • Misli Premyer liqa
  • 19:34 20.07.2026
"Şamaxı" və "Kəpəz" sülhə imza atdı