23 iyul 2026. Cümə axşamı

Yarımfinalda tamaşaçı rekordu


Yarımfinalda tamaşaçı rekordu
Azərbaycan kubokunda yarımfinal mərhələsinin oyunlarını 12600 tamaşaçı izləyib. Corner.az xəbər verir ki, “Neftçi” və “Turan Tovuz”un hər iki matçında eyni sayda – 5000 seyrçi olub.
 
“Səbail”lə “Qəbələ”nin duellərində də iki dəfə eyni rəqəm qeydə alınıb – 1300 izləyici.
 
Yarımfinal matçlarında ümumi tamaşaçı sayı son 10 mövsümün mütləq rekordudur. Daha çox azarkeşə sonuncu dəfə 2012/13 mövsümünə təsadüf edib. Həmin vaxt bu raundun dörd görüşündə 16420 tamaşaçı olub. Bunun 10000 nəfəri bir qarşılaşmaya - “Xəzər Lənkəran” – “Bakı” duelinə şahidlik edib.
 
2008-ci ildən PFL bayrağı altında keçirilən kubokun yarımfinalları üçün ən yüksək tamaşaçı sayı 2010/11 mövsümünə məxsusdur. Həmin vaxt 4 qarşılaşmanı 21400 seyrçi izləyib.
 
Qeyd edək ki, koronavirus pandemiyası üzündən 2019/20 mövsümündə yarımfinal baş tutmayıb, 2020/21 mövsümü tamaşaçısız keçirilib.
 
Son 15 mövsümün yarımfinalında tamaçaçı sayı:
 
2008/09 - 4500
 
2009/10 - 15400
 
2010/11 - 21400
 
2011/12 - 6000
 
2012/13 - 16420
 
2013/14 - 9000
 
2014/15 - 7400
 
2015/16 - 12316
 
2016/17 - 9600
 
2017/18 - 10900
 
2018/19 - 5900
 
2019/20 - -
 
2020/21 - -
 
2021/22 - 4700
 
2022/23 - 12600






Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
  • Misli Premyer liqa
  • 20:12 20.07.2026
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
 "Şamaxı" və "Kəpəz" sülhə imza atdı
  • Misli Premyer liqa
  • 19:34 20.07.2026
"Şamaxı" və "Kəpəz" sülhə imza atdı